“Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi keçirilir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsinə başlanılıb.

Bu haqda GreenPen.az-a Təhsil Nazirliyində məlumat verdilər. Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunur.

Müsabiqənin ölkə mərhələsində respublikanın bütün bölgələrindən olan 103 nəfər şagird iştirak edir. Şagirdlər Təhsil Nazirliyində yaradılmış işçi qrupunun qarşısında 10 dəqiqəlik təqdimat edir, onların çıxışları əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında maksimum 10 balla qiymətləndirilir.

“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, şagirdlər diplom, tərifnamə və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Müsabiqə iştirakçılarına uğurlar arzu edirik!

GreenPen.az

Responses are currently closed, but you can trackback from your own site.

Comments are closed.