Elm və Təhsil İşçilərin Həmkarlar İttifaqının Səbail Rayon Komitəsinin ittifaq üzvləri arasında keçirilən dama yarışının qalibləri Gənclərin Respublika Bədii Yaradıcılıq Evi PHŞ-nin təşkilatçılığı ilə keçirilən tədbirdə mükafatlandırılıb. Bu haqda GreenPen.az-a ETİHİ Səbail Rayon komitəsində məlumat verilib. Mükafatlandırma mərasimi Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Zərifliyin gücü” adlı bədii kompozisiya ilə davam edib. ETİHİ-nin nümayəndələri qalibləri və komitənin qadın ittifaq üzvlərini təbrik edərək onlara işlərində uğurlar arzulayıb.















