Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində Füzuli rayon 5 saylı məktəbində həyata keçirilən “Qayıdış üçün hazır olaq: məktəblilərin sosial sahibkarlıq bacarıqlarının inkişafı” layihəsi uğurla davam edir. Bu haqda GreenPen.az-a layihənin koordinatoru, Füzuli rayon Qayıdış qəsəbəsi 5 Nli tam orta məktəbin müəllimi Təranə Məhərrəmova məlumat verib. Onun sözlərinə görə layihə çərçivəsində «Məktəb layihələrin yazılması» təlimində iştirak edən şagirdlər 4 qrup üzrə innovativ layihələr hazırladılar, «Tikiş sənəti» , «Keramika və dülusçuluq emalatxanası» təlimlərində iştirak edərək müvafiq nəzəri və praktiki bacarıqlar əldə etdilər. Növbəti mərhələdə məktəbliləri «Müasir aqronomluq», təcrübəli ekspertlərlə pitch sessiya, sənətlərlə bağlı tövsiyələr və ekskursiya gözləyir.
















