İqlim böhranı — bəşəriyyətin indiyə qədər üzləşdiyi ən böyük sınaq.İqlim böhranı nədir?
Fəaliyyət göstərmək üçün məhdud zamanımız var.İqlim böhranı planetimizin hər tərəfinə — qütblərdən tropiklərə, dağlardan tutmuş okeanlara qədər təsir edir.
Bütün dünyada insanlar və təbiət artıq bu prosesin təsirlərini hiss edir: quraqlıqdan, yanğınlardan, daşqınlardan və ekstremal hava şəraitinin yaratdığı istilik dalğalarından tutmuş, okean temperaturunun dəyişməsi nəticəsində mərcan riflərinin məhvinə qədər.
Qlobal temperatur yüksəlməyə davam edərsə, bu təsirlər daha da pisləşəcək.Yaxşı xəbər isə ondan ibarətdir ki, bir çox qabaqcıl şirkətlər, şəhərlər və investorlar iqlimlə bağlı tədbirlər görmək üçün icmalara qoşulur və biz hələ də hamı üçün daha təhlükəsiz gələcək qurmaqla iqlim dəyişikliyinin ən pis təsirlərindən qaça bilərik.
***
Hörmətli izləyicilər, bu həftədən etibarən Ümumdünya Təbiəti Mühafizə Fondunun Beynəlxalq Ofis komandası (WWF International) və WWF Azərbaycan ofisinin COP29 tədbirinə hazırlığı haqda, habelə, iqlim dəyişikliyi sahəsində maarifləndirmə xarakterli məlumatları, maraqlı təcrübə və mütəxəssislərlə müsahibələri sizinlə bölüşəcəyik.
Materiallar WWF — Azərbaycan-ın COP29 üzrə kommunikasiya koordinatoru Elçin Sərdarov tərəfindən təqdim olunur.
#iqlimdeyisikliyi#wwf#wwfazerbaijan#cop29#wwfazerbaycan#iqlimdeyishmesi