“Beynəlxalq dəniz günü” ilə əlaqədar ölkəmizdə sentyabr ayının son həftəsi “Xəzər həftəsi” kimi qeyd olunur. Xəzər həftəsi çərçivəsində 28 sentyabr tarixində Abşeron Milli Parkında maraqlı və interaktiv tədbir təşkil olunacaq.
Festival çərçivəsində təlimlər, veloyürüş, master klasslar keçiriləcək, müxtəlif interaktiv oyunlar təşkil olunacaq.
Həftə sonunu dəniz sahilində müxtəlif oyunlar oynayaraq, canlı musiqiyə qulaq asaraq, velosiped sürərək, çərpələng uçuraraq rəngarəng və əyləncəli keçirmək istəyən böyükdən kiçiyə hər kəs milli parka dəvətlidir.
— Abşeron Milli Parkı
— 12:00-15:00
— 28 sentyabr