Azərbaycan Respublikasının Elm, texnologiya, memarlıq, mədəniyyət və
ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2026-cı il üçün Dövlət Mükafatlarına
əsərlərin, işlərin, layihələrin qəbulunu elan edir.
Müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8
fevral tarixli 212 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm,
texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının
Əsasnaməsi”ndə göstərilən qaydaya uyğun hazırlanmalı və 2026-cı il fevralın 1-dək
Komissiyaya təqdim edilməlidir.






