Azərbaycanın Yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasının (LTS) hazırlanması üzrə geniş ictimai müzakirələr aparmaqdadır.
Paris Sazişi çərçivəsində bütün tərəf ölkələr, hər beş ildən bir yenilənmiş NDC sənədlərini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təqdim etməlidir. Bu vacib sənədlər ölkəmizin qlobal iqlim dəyişikliyi ilə mübarizədə növbəti addımlarını müəyyən etməklə milli prioritetləri və hədəfləri əks etdirəcəkdir.
Ölkəmizin COP29 Prezidentliyini həyata keçirməsi, həm hazırlanma prosesi, həm də yekun sənədlərin ən yüksək tələblərə cavab verməsinin vacibliyini daha da aktuallaşdırır. Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında dərc olunmuş məlumatda deyilir.
Yenilənmiş NDC və LTS sənədlərinin hazırlanması prosesi cəmiyyətin bütün təbəqələrinin, o cümlədən vətəndaş cəmiyyəti institutlarının, akademik qurumların və özəl sektorun fəal iştirakını zəruri edir. GreenPen.az-a verildiyi məlumata görə, bu prosesə töhfə vermək, ölkəmiz üçün iddialı və real iqlim hədəflərinin formalaşmasına yardımçı olmaqda maraqlı tərəflər ictimai müzakirələrdə iştirak etmək üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.