«Müəllimliyin insanlıq fəlsəfəsi» esse müsabiqəsi

«Ədibin Evi» Ədəbiyyata Dəstək Fondunun təşkilati dəstəyi və təşəbbüsü ilə “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibətilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, müəllim, filologiya elmləri doktoru Mir Cəlal Paşayevin pedaqoji irsinə həsr olunmuş «Müəllimliyin insanlıq fəlsəfəsi» adlı esse müsabiqəsinə start verilir.

Təhsilin istənilən pilləsində 2 il pedaqoji təcrübəyə malik olan müəllimlər müsabiqədə iştiraka dəvət olunurlar.

Ətraflı: muallim.edu.az/news.php?id=32435

#AzərbaycanMüəllimi#ƏdibinEvi#MirCəlalPaşayev#Müəllim#Müsabiqə#Esse