Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 2024/2025-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün qəbul ELAN EDİR

İxtisasın şifriİxtisasın adı
1050301Ak Aktyor sənəti
2050302Bədii yaradıcılıq və ekran dramaturgiyası
3050304Dekorativ-tətbiqi sənət (bədii xalça, bədii toxuculuq
4050306Dizayn (geyim dizaynı, interyer dizaynı, qrafik dizayn
5050308İnstrumental ifaçılıq Klassik musiqi alətləri (fortepiano, violin, viola, gitara, klarnet, saksafon, zərb alətləri);Xalq çalğı alətləri ifaçılığı (tar, kamança, saz, qanun, nağara, balaban);
6050310Muzey, arxiv işi və abidələrin qorunması
7050311Operator sənəti
8050312Populyar musiqi və caz ifaçılığı (vokal)
9050313Qrafika
10050314Rejissorluq
11050315Rəngkarlıq
12050316Sənətşünaslıq (sahələr üzrə) (təsviri sənətin tarixi və nəzəriyyəsi) (teatrşünaslıq) (kinoşünaslıq)
13050317Vokal sənəti (xanəndə)
14050209Kitabxanaçılıq və informasiya fəaliyyəti
15050213Sosiologiya
16050807Sosial iş
17050809Turizm bələdçiliyi
18050810Turizm işinin təşkili
QEYD: bütün ixtisaslar üzrə illik təhsil haqqı 1950 AZN təşkil edir.

Təkrar ali təhsil almaq istəyənlər əvvəlcə https://portal.edu.az/ saytında qeydiyyatdan keçməlidirlər. Sonra isə aşağıda qeyd olunan sənədləri ADMİU-nun Ümumi Şöbəsinə (həftənin iş günləri saat 10:00-16:00) şəxsən təqdim etməlidirlər.

Tələb olunan sənədlər:

  • Rektorun adına ərizə
  • Ali təhsil haqqında sənədin (diplomun və diploma əlavənin) notarial qaydada təsdiqlənmiş surəti
  • 2024-cü ilin məzunları bakalavr səviyyəsinin bitirmə haqqında gerbli möhürlə təsdiq olunmuş arayış və transkript 
  • 2 ədəd fotoşəkil (3×4 sm jpeg formatında)
  • Şəxsiyyət vəsiqəsinin surəti (soyadı dəyişdiyi halda, təsdiqedici sənəd)
  • Hərbi biletin notarial qaydada təsdiq olunmuş surəti (oğlanlar üçün)
  • Seçilən ixtisasa uyğun yaradıcılıq-ifa işi.

QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış məzunlar diplomlarının Azərbaycan Respublikası ərazisində tanınması barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.

Təkrar ali təhsilə müraciət üçün ərizə formasını aşağıdakı link vasitəsi ilə yükləmək olar.
Ərizə forması

Təhsilalma tədrisə tam(fulltime) və ya qismən(parttime) cəlb edilməklə yalnız əyani şəkildə aparılır.Təhsil haqqı müqavilə əsasında ödənilir.

Sənədlərin qəbulu 2024-cü ilin may ayının 15-dən sentyabr ayının 5-dək aparılacaq.

Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39.
Email: [email protected]
Əlaqə nömrəsi: (012) 599-00-54; (+994)50 250-34-80