Azərbaycan ali təhsil müəssisələrinin sahibkarlıq üzrə professor-müəllim heyəti Polşada “Ali təhsilin Gücləndirilməsi proqramında” iştirak etdilər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin MBA (biznesin idarəedilməsi) proqramının və kulturologiya fakültəsinin sosial mədəni fəaliyyət kafedrasının müəllimi, layihələr üzrə master, sertifikatlaşdırılmış təlimçi Elçin Sərdarov ADMİU-nun tərəfdaşı olan Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsinin ali təhsil müəssisələrində institusional səviyyədə davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi məqsədi daşıyan 4-cü iş paketi çərçivəsində layihə konsorsiumun 11 Azərbaycan ali təhsil müəssisəsinin sahibkarlıq üzrə professor-müəllim heyəti ilə birgə “Ali təhsilin inkişaf etdirilməsi” adlı təlim proqramında 24 — 28 iyun 2024-cü il tarixində Polşanın Bıdqoç şəhərində fəaliyyət göstərən WSG (Qaspodarki Ali İqtisadiyyat məktəbi) Universitetində iştirak edib. Bu haqda GreenPen.az -la məlumatla bölüşən E.Sərdarov WSG Universitetinin 5 günlük təlim proqramı çərçivəsində təlim iştirakçılarının “Dizayn düşüncəsi”, “Kanvas Biznes Modeli təhsil vasitəsi kimi”, “Fərdi potensialının kəşf edilməsi”, “Sahibkarlıq təşəbbüsləri ilə sosial təsirli mühitin yaradılması”, “Ən yaxşı təcrübələrlə tanışlıq”, “Şəxsi brendinq”, “Müəssisə Oyunu”, “İnnovativ Tədris Metodları”, “Öz biznes ideyalarına aid qrup işləri”, “Vizual Marketinq” (Yaradıcı Sənayelər Departamenti) mövzularda təqdimatlarla tanış olduqlarını, praktiki məşğələlərdə və infoturlarda iştirak etdiklərini qeyd etdi. Təlim kursuna iştirakçılar WSG fotoqrafiya muzeyini ziyarət etdilər, öz fərdi işlərinin yekun təqdimatlarını hazırlayıb təcrübələrlə bölüşdülər, biznes ideyaları Bydgoszcz’a Sənaye və Texnologiya Parkına təhsil turunda və fərdi mədəni tədbirlərdə iştirak etdilər.
Təlimlər zamanı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndəsi olaraq E.Sərdarov Universitetdə mədəniyyət sahəsində biznes idarəetmə, layihə idarəedilməsi, kommunikasiya və ideyalarının tətbiqi, tədris proqramları və e-təhsil sahəsində təcrübələrlə bağlı məlumatla bölüşdü, həmçinin, qrup işlərində iştirak edən Azərbaycan Texniki Universitetinin nümayəndəsi, professor Fuad Qəmbərov, Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndəsi, pedaqoq Rahil Muradovla birgə innovativ ideyanın dizaynının təqdimatını etdilər. Öz ideyalarının təqdimatlarını kursda iştirak edən digər universitetlərin nümayəndələri də qrup şəklində təqdim etdilər.
Kursun sonunda təşkilatçılardan biri olan Bakı Biznes Universitetinin nümayəndəsi Gülşən Bayramova bu proqramda iştirak edən pedaqoqların öz təmsil etdikləri Universitetlərdə sahibkarlıqla bağlı birgə hazırlanacaq tədris proqramı üzrə leksiyaların və seminarların aparacaqları haqqında məlumat verdi.
“Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini təmsil etdiyimdən, Varşava, Qdansk və Torun kimi tarixi – mədəni şəhərləri ilə tanışlığımdan, WSG (Qaspodarki Ali İqtisadiyyat məktəbi) Universiteti və Kopernik Universiteti ilə həmkarımla birgə tanış olduğumdan, WSG Universitetinin fotoqrafiya muzeyi və şəhərin texnoparkı ilə tanışlığımdan məmnun oldum. Universitetin görkəmli professorları və müəllimləri olan pr.Mariusz Barcszak, Robert Lauks, Dr.Magdalena Bergman, Veronika Sikora, Bartosz Szczepaniak, Dr.Evelina Gdaniec və digər pedaqoqların təqdimatlarını dinləmək və ali təhsil müəssisələrində institusional səviyyədə davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi, fərdi brendin, ideyann dizaynı, süni intellektlə bağlı platformalardan tədris prosesində istifadə ilə bağlı həmkarlarımla birgə təcrübə mübadiləsi etməyim çox maraqlı idi, bu təlimlərdə əldə etdiyim bilik və bacarıqlar, resurslar gələcəkdə sosial sahibkarlıq sahəsində pedaqoji fəaliyyətimdə faydalı olacaqlar.” – Elçin Sərdarov dedi.