Qusar 1 saylı Mediasiya Təşkilatında məlumatlandırma görüşü

17 iyun tarixində Qurban bayramı günlərində Qusar bölgəsinə səfər edən komunikasiya və layihələr üzrə sertifikatlaşdırılmış məsləhətçi, Bakı Dövlət Universitetinin “Beynəlxalq jurnalistika və informasiya siyasəti” və Azərbaycan Dövlət Mədəniyyət Universitetinin “Sosial mədəni fəaliyyət” kafedrasının müəllimi, f.ü.f.d.iddiaçı Elçin Sərdarov Qusar rayon 1 saylı Mediasiya Təşkilatının rəhbəri Radik Kazımovun qonağı olmuşdur.
Görüş zamanı Radik Kazımov mediasiyanın mediasiya mübadiləsinin məhkəmədənkənar həlli üsülu olduğunu bilidirərək, Qusarda fəaliyyət göstərən mediasiya təşkilatın və mediatorların vətəndaşların müraciətləri əsasında onlara ailə, kommersiya və istehlak mübadiləsi məhkəmədən kənar mediasiya yolu ilə həll edilməsini izah etdi.
Onun sözlərinə görə, mediatorların köməyi ilə tərəflərin mübahisəsi həll etmələri ehtimalı 85%-dən yüksəkdir. Mediasiya prosesi zamanı tərəflər mediatorun köməyi ilə həm özlərinin, həm də qarşı tərəfin mövqeyini yenidən qiymətləndirmək imkanı əldə edirlər, tərəflər arasındakı münasibətlərin kəskinləşməsinin qarşısını alır və tərəflərin mövqelərinin uzlaşmasına kömək edir, mediasiya prosesi daha qısa müddətdə yekunlaşır, bununla da tərəflər xərclərinə və vaxtlarına qənaət edirlər. Təşkilat rəhbəri qeyd etdi ki, mediasiya əksər proseslərdən fərqli olaraq konfidensialdır, bu isə tərəflər barədə həssas məlumatları qorumaqla yanaşı, onlar arasındakı mübahisənin mövcudluğunu qızli saxlayır, tərəflərin öz işgüzar münasibətlərin davam etdirilməsinə şərait yaradır.
Radik Kazımov Qusar MT ziyarət etmiş qonağa Qusar 1 saylı Mediasiya Təşkilatının uğurları, onun ictimaiyyətlə əlaqələr işin təşkili və təlimləri haqqında məlumat verdi və kadr potensialın gücləndirilməsi, kommunikasiya və təşviqat sahəsində, həmçinin,“sosial iş” və “jurnalistika” ixtisası sahəsində təhsil alan tələbələrin Təşkilata infoturların təşkili haqqında Elçin müəllimlə əməkdaşlığın qurulması sahəsində fikir mübadiləsi apardılar və fəaliyyət planlarını müzakirə etdilər.
Öz növbəsində Dünya Bankı, Asiya İnkişaf Bankı və dövlət qurumları, universitetlər, “Yaşıl qələm” (GreenPen.az) təhsil resursunun və digər e-saytların və sosial səhifələrin inkişafında təcrübəsi olan Elçin Sərdarov Təşkilata davamlı uğurlar arzuladı.