İxtisas: Biznesin İdarəedilməsi
Azərbaycanda ilk dəfə mədəniyyət sahəsi üzrə MBA proqramı ADMİU-da…
Mədəniyyət və İncəsənət yönümlü tədbirlərin, proqramların təşkilində iştirak etmək, bu sahə üzrə prodüser və menecer vəzifələrində çalışmaq istəyənlərin nəzərinə:
Azərbaycanda ilk dəfə olaraq mədəniyyət və incəsənət sahəsində biznesin təşkili və idarə edilməsi işində bilik və təcrübələr əldə etməyə imkan verən MBA proqramı Azəbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təşkil edilir. Bu sahədə bilik və bacarıqlarını artırmaq üçün MBA proqramında təhsil almaq istəyənlər elanda göstərilən telefon nömrəsi və e-mail ünvanıyla əlaqə saxlaya bilərlər.
MBA (Master of Business Administration)
İxtisas: Biznesin idarə edilməsi
İxtisaslaşma: Biznesin təşkili və idarə edilməsi (mədəniyyət sahələri üzrə)
Müddət: 24 ay, 4 semest, 120 kredit
Tədris dili: Azərbaycan, İngilis, Rus
Şüarımız
Sabahın biznes liderlərini inkişaf etdirək!
Tələblər
Namizədlər bakalavr dərəcəsi almalıdırlar. Bakalavriat səviyyəsinin son ilində təhsil alan tələbələr də qəbul üçün müraciət edə bilər.
Nəyə görə ADMİU MBA?
☐ MBA proqramı təcrübiyönümlü biliklərə üstünlük verən, biznes sahəsində bilikləri yüksək səviyyədə öyrədən proqramdır.
☐ MBA proqramında təhsilalanlar mədəniyyət sahəsində biznes təşkiletmək və idarəetmək bacarıqlarına yiyələnəcək.
☐ ADMİU MBA proqramı vasitəsilə sizə peşəkarlıq vəd edir. ADMİU bu istiqamətdə yeniliyə imza atan ilklər sırasındadır. Universitet əmək bazarında ehtiyac duyulan yenilikçi və yaradıcı incəsənət meneceri hazırlayır.
☐ Mədəniyyət sahəsində MBA (Biznesin təşkili və idarə edilməsi – mədəniyyət sahələri üzrə) ixtisası sahibkarlıq fəaliyyəti ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub.
☐ MBA proqramı beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmışdır. Proqram ADMİU müəllimləri ilə yanaşı, yerli və xarici ali təhsil müəssisələrindən dəvət edilmiş peşəkar professor-müəllim heyətindən, biznes aləmində nüfuz qazanmış şəxslərdən dərs almaq imkanı, yenilikçi, intellektual və praktiki fikirləri bölüşmək şansı verir.
MBA proqramı kimlər üçündür?
İxtisasından asılı olmayaraq, hər bir bakalavr bu proqramı seçə bilər. MBA proqramı Sizə ikinci yeni bir ixtisas təhsili almağa şərait yaradır. Əgər Siz idarəetmə bacarıqlarını öyrənmək və karyeranızda irəliləmək istəyirsinizsə, MBA məhz Sizin üçündür.
MBA proqramının məqsədi:
— Praktiki təcrübəni zənginləşdirmək;
— Problemi akademik səviyyədə həll etmə bacarığı aşılamaq;
— Tələbələrin strateji düşüncəsini, idarəetmə, yenilikçilik və liderlik bacarıqlarını inkişaf etdirmək;
— Əldə edilmiş bilik və bacarıqları tətbiq etməyi öyrətmək;
— Komandada işləmək üstünlüyü qazanandırmaq;
— Müxtəlif fəaliyyət sahələrində biznesin idarə edilməsi texnologiyalarından uğurlu istifadəni təmin etmək;
— Effektiv və innovativ biliklərlə təmin etmək;
— Keys üsulların tətbiqi ilə sosial-mədəni fəaliyyətin müxtəlif sferalarında iş tapmağa dəstək olmaq.
ADMİU MBA proqramı ilə:
✓ Mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən müəssisələri idarə etmək üçün sahibkarlıq bacarıqları və perspektivlərini inkişaf etdirin.
✓ İnnovativ olmaq üçün yaradıcı düşüncə ilə düşünün.
✓ Dürüstlük, şəffaflıq əsasında qurulan peşəkar dəyərləri inkişaf etdirin.
✓ Gələcəyə inamlı addımla addım atan, ruhlandırıcı mühitdə təhsil alın.
✓ Mədəniyyət və incəsənət sahəsində peşəkar idarəetmədə ən müasir səviyyədə olun.
MBA proqramı vasitəsilə təhsilalanların sonda qazanmış olduğu bilik və bacarıqlar:
Rəhbərlik
Strateji idarəetmə
Layihənin təşkili və idarə edilməsi
Marketinq
Yazılı və şifahi ünsiyyət bacarıqları
Zamanın idarə edilməsi, qərar qəbulu
Güclü tədqiqat bacarıqları
Təşkilat və planlaşdırma
ADMİU MBA – karyera
ADMİU-da MBA təhsil ilini başa vurduqdan sonra məzun olaraq aşağıdakı sahələrdə işləyə və karyeralarınızı davam etdirə bilərsiniz:
✔ İncəsənət sahələri üzrə ekspert
✔ İncəsənət sərgisinin təşkilatçısı
✔ İncəsənət sahələri üzrə prodüser
✔ Şirkət meneceri
✔ Mətbuatla və İctimaiyyətlə əlaqələr direktoru
✔ Bədii rəhbər
✔ Teatr layihələrinin təşkilatçısı
✔ Festival təşkilatçısı
✔ Tədbirlər təşkilatçısı
✔ Konsertlərin təşkilatçısı
✔ Konsert prodüseri
✔ Proqram və Layihə direktoru
✔ İdarəetmə analitiki
✔ Biznes analitiki
✔ Maliyyə meneceri
✔ Sərgi kuratoru
✔ Biznesin inkişafı üzrə coordinator
✔ Beynəlxalq brend meneceri
✔ İdarə müşaviri
✔ Könüllü coordinator
Bizimlə əlaqə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Ünvan: AZ1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39.
Tel.: (+994 12) 599 00 54 (daxili 105)
Fax: (+994 12) 538 61 27
E-mail: [email protected]
Web: admiu.edu.az