“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən,
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlüyə namizədlərə, seçicilərə dair
tələblər və qeydiyyat qaydası:
- Namizədlərə dair tələblər:
- İctimai Şurada üzvlüyə yüksək mənəvi, əxlaqi keyfiyyətlərə, elm və təhsil sahəsi
üzrə təcrübə və biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir
fəaliyyət qabiliyyətli vətəndaşının namizədliyi irəli sürülə bilər; - Hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şuranın üzvlüyünə yalnız bir
namizəd irəli sürə bilər; - İctimai Şurada üzvlüyə Elm və Təhsil Nazirliyi əməkdaşlarının namizədlikləri irəli
sürülə bilməz.
Namizədlərin qeydiyyatı:
Namizədin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim
olunmalıdır:
- İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və
elektron poçt ünvanı göstərilməklə); - namizədin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;
- namizədin tərcümeyi-halı;
- namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda,
həmin üzvlüyü təsdiq edən sənədin surəti; - namizədin elm və təhsil sahəsi üzrə təcrübə və ya biliyə malik olmasını sübut
edən sənədin (əmək kitabçası və digər təsdiqedici sənədlər) notariat qaydasında təsdiq
olunmuş surəti.
Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə
bilər. - Seçicilərə dair tələblər:
- İctimai Şuraya seçkidə seçici qismində yalnız vətəndaş cəmiyyəti institutlarının
təmsilçiləri iştirak edə bilərlər; - İctimai Şuraya seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş
cəmiyyəti institutu yalnız bir təmsilçisinin namizədliyini irəli sürə bilər; - Seçki komissiyasının üzvləri İctimai Şuraya seçkidə seçici qismində çıxış edə
bilməzlər.
Seçicilərin qeydiyyatı
Seçicinin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim
olunmalıdır:
- seçicinin (vətəndaş cəmiyyəti institutunun təmsilçisi) qeydiyyata alınması üçün
müraciət; - seçicinin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;
- vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin notariat
qaydasında təsdiq edilmiş surəti; - vətəndaş cəmiyyəti institutunun nizamnaməsinin notariat qaydasında təsdiq
edilmiş surəti. - Sənədlərin qəbulu və baxılması
Namizəd və seçicilərin qeydiyyatı məsələsinə elm və təhsil nazirinin əmri ilə
yaradılmış seçki komissiyası tərəfindən baxılır.
Qeydiyyat üçün sənədlər elektron qaydada təqdim edilir. Sənədlər mövzu
hissəsində “Namizəd” və ya “Seçici” yazılmaqla [email protected] elektron poçt
ünvanına göndərilməlidir.
Qeydiyyat üçün sənədlər 2023-cü ilin 30 dekabr tarixindən qəbul edilir.
Sənədlərin qəbulu müddəti 2024-cü il 31 yanvar tarixində başa çatacaq.