UNESCO və onun himayəsi altında Beynəlxalq Su Təhlükəsizliyi və Davamlı İdarəetmə Mərkəzi beynəlxalq təşkilatlar, dövlət qurumları, qeyri-hökumət təşkilatlarından tədqiqatçıları, elmi icmaları və təcrübəçiləri biomüxtəlifliyin qorunması və su təhlükəsizliyinə diqqət yetirən Qlobal Su Təhlükəsizliyi Məsələləri Seriyasının növbəti buraxılışı üçün elmi məqalələrin qəbulunu açıq elan edir.
Məqalələri təqdim etmək üçün son tarix 12 may 2023-cü ildir.
Ətraflı məlumatla keçiddən tanış olmaq mümkündür.
ELMİ MƏQALƏLƏRİN QƏBULU
UNESCO və Su təhlükəsizliyi və Dayanıqlı İdarəetmə
Beynəlxalq Mərkəzinin elmi məqalələrin qəbulunu açıq elan
edir.
Ümumi məlumat
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) və onun
himayəsi altında Beynəlxalq Su Təhlükəsizliyi və Davamlı İdarəetmə Mərkəzi
beynəlxalq təşkilatlardan, dövlət qurumlarından, qeyri-hökumət təşkilatlarından
tədqiqatçıları, elmi icmaları və təcrübəçiləri biomüxtəlifliyin qorunması və su
təhlükəsizliyinə diqqət yetirən Qlobal Su Təhlükəsizliyi Məsələləri (QSTM) Seriyasının
növbəti buraxılışı üçün məqalələri qəbul edir. Seçilmiş məqalələrin müəllifləri
Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının Ümumdünya Su Konqresi kimi beynəlxalq
tədbirdə məqalələri təqdim etmək üçün dəvət olunacaqlar.
Alt mövzular
İdarəetmə və Biomüxtəliflik
Su infrastrukturu və onun biomüxtəlifliyə təsiri
Su Təhlükəsizliyi və Biomüxtəlifliyin qorunması üçün Torpaqdan İstifadənin
Planlaşdırılması
Biliklər/Alətlər və Risklərin İdarə Edilməsi və ya Biomüxtəlifliyin
qorunması/mühafizəsi/bərpası
Bioloji Müxtəlifliyin Qorunması Qərarlarında Təhsil və İctimai İştirak
Təqdim olunan məqalələr aşağıdakı tələblərə cavab verməlidir:
Mövzular: Fəsillərin tematik fokusu Tədqiqat Planında müəyyən edilmiş ümumi
mövzulara uyğun olmalıdır.
“Case Study” : Fəsillərə bir və ya bir neçə praktiki və uğurlu nümunə
araşdırmalarının təfərrüatlarını daxil etmək tövsiyə olunur.
Ətraf mühit və sosial-iqtisadi şərait: Yazı işləri xüsusi ekoloji və sosial-iqtisadi
şəraitə uyğunlaşdırıla bilər və ya geniş şəkildə tətbiq oluna bilər; bütün hallarda
siyasi mövzular və/yaxud əsas siyasi qərarlara istinadlar daxil edilməlidir.
Dil: Məqalələr ingilis dilində təqdim edilməlidir.
Format: Son fəsil bütün şəkillər və istinadlar daxil olmaqla, iki intervallı mətn
uzunluğunda 20 ilə 30 səhifə arasında olmalıdır.
Xəritələr və kartoqrafiya: Yazı işləri BMT və ya UNESCO-nun Xəritə Siyasətinə
uyğun olmalıdır.
Ətraflı məlumatı qeyd olunan keçid vasitəsilə əldə edə bilərsiniz.
Son müraciət tarixi: 12.05.2023
Qeyd: Tamamlanmış tədqiqat planı 12 may 2023 tarixinə qədər e-məktub vasitəsilə
[email protected] ünvanına göndərilməlidir.
Əlaqə: [email protected] / [email protected].