Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 192 m3/s olmaqla ongünlük normanın 123 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 146 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 77 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 49 m3/s təşkil edərək ongünlük normanın 65 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Salyanda 8, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 499 sm (2015-ci il dekabrın 19-da 443 sm), Salyanda 343 sm (2015-ci il dekabrın 19-da 280 sm), Bankədə 253 sm (2015-ci il dekabrın 19-da 216 sm), Araz çayının Novruzlu məntəqəsində isə 225 sm (2015-ci il dekabrın 19-da 165 sm) təşkil edir.
eco.gov.az