ADMİU-da «Tolerantlıq multikulturalizmin təməlidir” mövzusunda elmi seminar keçiriləcək

Bu ilin 10 noyabr ayında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş “Tolerantlıq multikulturalizmin təməlidir” mövzusunda elmi seminar keçiriləcək. Bu haqda Maarifçi QHT-lər qrupuna ADMİU-da məlumat veriblər. Tədbirdə ADMİU-nun rektoru Fərəh Əliyevanın açılış çıxışından sonra, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevin «Milli kimlik və multikultural proseslər», kulturologiya üzrə fəlsəfə doktoru, dosent Xaləddin Sofiyevin «Tolerantlıq demokratik cəmiyyətin atributu kimi», kulturologiya üzrə elmlər doktoru, dosent Mübariz Süleymanlının “Multikulturalizmin Azərbaycan modeli” mövzularında məruzələr dinləniləcək, “Azərbaycan humanizimin və tolerantlığın beşiyidir” adlı musiqili çarxı nümayiş olunacaq. Seminarda ekspertlərin və qonaqların iştirakı məsələləri ilə ADMİU məşğuldur. Tədbirə uğurlar arzu edirik!