GreenPen.az və 291 saylı Ekoliseyin müsabiqəsi.Məktəblinin esseyi: Doğma diyar Azərbaycan…

Essey «GreenPen.az» («Yaşıl qələm») və 291 saylı Ekoliseyin BMT-nin 70 illik yübileyinə həsr edilmiş «Vətəni və təbiəti sevək» adlı müsabiqəsinə təqdim edilir

Nəzərli Səbinə, 291 saylı Ekoloji liseyin 8 b sinif şagirdi

Uca dağları vüqarli Azərbaycan! Kür Araz kimi, mavi gözlü göllər incisi Göygöl kimi, billur sulu güllü çiçəkli doğma yurdumuz Azərbaycan. Səni “Odlar yurdu”, “Odlar diyarı” adlandırırlar. Çünki, sinən od mənalı, od qoruyan, od yaradandir. Paytaxtimiz Bakı şəhəri isə başımızın tacıdır. Bakı! Qədim və həmişə cavan şəhər. Hər daşında bir tarix, canlı salnamə yaşar. Qaç şərqin qapısında məğrur-məğrur dayanmış, keçmişimizdən bu günümüzə inamla addımlamısan.

Bizim şəhərin adına qəhraman şəhər də deyilir. Şəhərimiz Xəzər dənizi sahilində yerləşir. Xalqımızın şairi Süleyman Rüstəm demişdir:

— Gündən-günə çiçəklənən bizim şəhər, keçmişində belə gözəl deyildi.

Əyri-üyrü küçələr, neft qoxulu qəsəbələr,bir balaca külək əsən kimi toz burulğanına çevrilirdi.

Hətta şəhərdən bir qədər kənarda yerləşən his basmış ərazilərdən birini “ Qara şəhər“ adlandırırdılar. Şəhərin ətrafını yaşıl ağaclar əvəzinə buruq meşələri bürümüşdü.

Hal-hazırda “Qara şəhər“  adlandırılmış ərazidə gözəl parklar salınmış, hündür məktəbli binaları tikilmiş, uşaqlar üçün əyləncə mərkəzləri salınmışdır. Artıq bu şəhər “Qara şəhər“ yox “Ağ şəhər“ adlandırılır.

Bizim Bakımız neft şəhəri kimi tanınıb bununlada şəhərimizi “ Qara qızıl“ məskəni adlandırmışlar:

                                Bir dön bizim Bakiya bax,

                                Sahilləri çıraq-çıraq ,

                                Buruqları hayqıraraq

                                Nərə salır boz çöllərə

                                İşıqlanır hər dağ dərə.

Şəhərimizdə Xəzərin sahilində salınmış milli parkımızda gündən-günə böyüyür və gözəlləşir. Buraya gələrək dənizə yol alan gəmiləri, şirin söhbətləri ilə birlikdə balıq tutan balıqçıları izləmək insana zövq verir. Bizim gündən günə gözəlləşən Bakımızı görmək istəyən turistlər buraya axın edirlər.

Keçmişimizin yadigarları olan İçərişəhər, Şirvanşahlar sarayı və həmçini  çox gözəl, məhşur olan Qız qalası qoruq adlandırılmışlar. Suraxanı şəhərində yerləşən Atəşgah turistlərin böyük marağına  səbəb olmuş qədim abidələrimizdən biri olaraq tanınmışdır. 2015-də keçirilən Yay Olimpiyada oyunlarında ölkəmizə böyük turist axınlarına səbəb olmuş amillərdən biridir. Ölkəmizi daha da tanıtmış olimpiyada oyunları həmçinidə ölkəmizdə çox bacarıqlı eyni zamanda çox güclü idmançılar olduğunu sübut etmişdir. Gözəl komplekslərin keçirilməsi paytaxtımızın tanınmasında səbəb olmuşdur. Məhz Bakı şəhərimizin gözəl tarixi abidələri ilə zəngin olması ilə yanaşı həmdə unudulmaz hadisələr məkanıdır. 2012-də keçirilmiş“ Eurovision” oyunlarının baş tutduğu “Kristall zal”  adlanan məkanda Bakı şəhərindədir.  Qeyri-adi tikilişi bu məkanı daha cəlb edici göstərir. Bakıda Bulvarın tam mərkəzində tikilmiş olan saat qülləsi insanların məmnunlandırmaqla yanaşı, gecələri çox gözəl görünüşü ilə milli parkin yaraşığına xüsusi yaraşıqlıq qatır.

Bakı gündən günə gözəlləşir və böyüyür. Bizim şəhərin belə sürətlə inkişaf etməsində prezidentimiz İlham Əliyev rolu böyükdür. Məhz prezidentimiz İlham Əliyev təşəbbüsü ilə şəhərimizin gələcəyi, sabahki günü daha gözəl olacaq.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *