Biznes Jurnalistika Layihəsi.30.09. 2015

British Council və PAŞA Bank Böyük Britaniyanın Thomson Foundation təşkilatının dəstəyi ilə jurnalistlər üçün nəzərdə tutulmuş növbəti xüsusi təlim proqramını elan edirlər. Layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuata (televiziya, çap və elektron mətbuat) peşəkar bilik və səriştənin artırılmasında kömək etməkdir.

2015-cü ilin noyabr ayından başlayaraq  keçiriləcək təlimlərdə iştirak etmək üçün 10 iştirakçıseçiləcəkdir. Təlimlər zamanı ən fəal və tam davamiyyəti olan iştirakçılar  Böyük Britaniyada “Thomson Foundation” təşkilatı tərəfindən təşkil edilmiş Təlim proqramında iştirak edəcəklər.

Layihədə paytaxt Bakıdan olan jurnalistlərlə yanaşı bölgələrdən olan media işçiləri də qatıla bilər.

Qeyd: Əvvəlki Biznes Jurnalistika layihəsində iştirak edən iştirakçılar bu layihəyə yenidən müraciət edə bilməzlər. 

Proqram əsasən jurnalistlərin aşağıdaki bilik və səriştələrini artırmağı nəzərdə tutur:

  • Məqalə yazma tərzləri
  • Oçerklərin yazılması
  • Reportajların hazırlanması
  • Xəbərlərin yazılması
  • Müsahibə alma texnikası və praktikası

Təlim aşağıdaki mövzuları əhatə edəcəkdir:

  • İqtisadiyyat jurnalistikası
  • Biznes jurnalistikası və onlayn media
  • Etika qaydaları, məlumatın balanslı və  doğru çatdırılması

Seçiləcək iştirakçılardan tələb olunanlar:

  • Jurnalistika sahəsində minimum 2 illik iş təcrübəsi
  • Ölkədaxili radio və televiziya yayımları, çap, onlayn mediada işləməli
  • Bütün təlim kurslarında iştirak edə bilməli
  1. a) Hər biri 5 gündən ibarət olan 3 təlim sessiyası Bakıda (noyabr 2015, yanvar və fevral 2016-da keçiriləcəkdir )
  2. b) 2016-cı ilin mart ayında Birləşmiş Krallıqda Təlim proqramı

İştirakçıların bütün təlim kurslarında iştirak etməsi mütləqdir!

Seçim prosesi aşağıdakı mərhələlərdən ibarət olacaq:

  1. Ərizə forması və inşalar
  2. Yerli təlimlər  üçün müsahibələrin keçirilməsi
  3. Böyük Britaniyada keçiriləcək təlim proqramı üçün (yerli təlimlərdən sonra) seçim

Marağı olan şəxslər ərizə formasını British Council-ın internet səhifəsindən yükləməlidirlər. Doldurulmuş ərizə formaları və CV-lər 2015-ci il 30 sentyabr tarixindən gec olmayaraq[email protected] elektron poçt ünvanına göndərilməlidirlər.

Uyğun namizədlər musahibəyə dəvət olunacaqlar.

Əlavə məlumat üçün əməkdaşımız Programlar üzrə İcraçı Könül Əhmədova  ilə əlaqə saxlaya bilərsiniz

British Council bərabər imkanlar siyasətinin tərəfdarıdır və müxtəlifliyi təbliğ edir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *