Azərbaycanın Xankəndi şəhərindəki Konqres Mərkəzində Konstitusiya və Suverenlik ilinə həsr edilmiş Azərbaycan QHT-lərinin əməkdaşlıq Forumu kecirilib. Tədbirdə Azərbaycanın bütün bölğələrində fəaliyyət göstərən 300-ə yaxın vətəndaş birliyi təşkilatların nümayəndələri iştirak edib. Forumda Türkmən irsi, tarixi köklərə sədaqət, QHT-lər ücün yeni imkanlar, Rəqəmsal QHT konsepsiyası, süni intellekt və rəqəmsal həllər mövzularında panel müzakirələr aparılıb. “Lira” Gənc İstedadlar İctimai Birliyinin sədri Lalə Abışeva GreenPen.az-la müsahibəsində Forum haqqında öz təəsüratları ilə bölüşərkən qeyd etdi ki «…bu tədbir unudulmaz idi. Bir zaman işğalçıların tapdağı altında olan Xankəndi, indi Azərbaycanın ictimai, mədəni iqtisadi , turizmə dair toplantılarına ev sahibliyi edir. İndi Xankəndi başqa Qarabağ torpaqları kimi azaddır. Belə bir tarixin iştirakçısı olmaq qürurvericidir. Qarabağ bizimdir, Azərbaycan torpağıdır!».
Qeyd edək ki, «Lira» Gənc İstedadlar İB-nin fəalları müxtəlif beynəlxalq liderlik, idarəetmə və layihələrlə bağlı təlimlərdə «Yaşıl qələm» («Green Pen») təhsil resursunun fəalları ilə birgə iştirak edib və bir sıra təhsil, sosial — mədəni, tədqiqat layihələri milli QHT kimi, həmçinin, beynəlxalq tərəfdaşlarla birgə uğurla həyata keçirib.







