«MDB PAA-nın iştirakçısı olan dövlətlərin qanunvericiliklərinin yaxınlaşdırılması və harmonizasiyası üzrə MDB PAA-nın fəaliyyəti» mövzusu üzrə Azərbaycan Respublikasının gəncləri arasında araşdırma işlərinin və layihələrin müsabiqəsi keçirilir
1. Müsabiqənin məqsədi
a. MDB iştirakçı — dövlətlərin model qanunyaradıcılığı sahəsində dövlət quruculuğu və beynəlxalq əməkdaşlıq məsələlərinin araşdırılmasına elm aləmindən gənc nəslin nümayəndələrinin və ictimai təşkilatların fəallarının cəlb edilməsi;
b. MDB gəncləri arasında parlamentarizm ideya və prinsiplərinin, demokratiya və vətəndaş hüquqlarına riayət olunmasının təşviqi.
2. Müsabiqənin vəzifələri
a. MDB məkanında inteqrasiya proseslərini nəzərə almaqla parlamentarizm problemlərinin, sosial-siyasi, iqtisadi, hüquqi proses və islahatların tədqiq edilməsi sahəsində gənc nəslin intellektual, elmi-nəzəri, potensialının inkişafı.
b. MDB iştirakçı dövlətlərinin demokratiyanın, parlamentarizmin inkişafının, vətəndaş cəmiyyəti institutları və vətəndaş hüquqlarına riayət olunması sahəsində mərhələlərin, problemlərin və perspektivin təhlili, inkişafın əsas qanunauyğunluqlarının qiymətləndirilməsi.
c. Gənc alim, aspirant və müəllimlər arasında analitik və tətbiqi araşdırmanın qabaqcıl metodologiyasının inkişafına dəstək.
d. MDB ölkələrinin ən yeni tarixində vətəndaş cəmiyyəti institutlarının və hüquqi dövlətin ideya və dəyərlərinin önə çəkilməsi, parlamentarizmin əsas tarixi mərhələlərinin və genezisinin əks olunması, həmçinin gənclərin fəallığının artırılması, onların liderlik keyfiyyətlərinin inkişafı, komandada iştirak bacarıqlarının, öz ideya və təkliflərinin müdafiəsinin yüksəldilməsi.
3. Müsabiqənin iştirakçıları
a. Müsabiqəyə Azərbaycan Respublikasının gəncləri – alim-tədqiqatçılar, aspirant və araşdırmaçılar, müəllim və tələbələr, ictimai təşkilatların fəalları və gənc nəslin digər nümayəndələri buraxılır.
b. İştirakçıların yaşı 18 – 29-dur (daxil olmaqla).
c. Müsabiqədə iştirak etmək üçün müsabiqə işi (inşa, esse, elmi məqalə, layihə, təqdimat) 2014 — cü ilin may ayının 1 — dən 21 — dək «MÜSABİQƏYƏ» qeydi ilə Bayıl qəsəbəsi Qurban Abbasov küç.58 ünvanında yerləşən MDB PAA DİMBİ Bakı filialının ofisinə təqdim olunmalı, yaxud [email protected] ünvanına göndərilməlidir.
4. Müsabiqənin keçirilmə qaydası
a. Müsabiqə mərhələlərlə keçirilir.
– I mərhələ – qiyabi, müsabiqə komissiyasına təqdim olunmuş müəllif işlərinə 2014 – cü il may ayının
22-dən iyun ayının 15-dək baxılması yolu ilə həyata keçirilir.
– II mərhələ – əyani, I mərhələdə seçilmiş 15 ən yaxşı işlərin müəllifləri (o cümlədən, müəllif
kollektivlərinin hər birindən bir nümayəndə olmaqla) öz layihələrini təqdim və müdafiə etmək üçün 16 iyun 2014 — cü ildən etibarən Bakı şəhərinə dəvət olunurlar. Müsabiqə Komissiyası II mərhələnin yekunlarına əsasən qalibləri elan edir; Bütün mübahisəli məsələlər Komissiya tərəfindən həll olunur.
5. Müsabiqəyə təqdim olunan işlərə dair tələblər
a. İşlər Azərbaycan və ya rus dillərində təqdim olunmalıdır;
b. İşlərin məzmununa dair əsas tələblər:
mövzunun aktuallığı və daha ətraflı təsviri;
–icra müstəqilliyi və elmi yenilik;
orijinallıq, plagiat elementlərinin olmaması;
empirik məlumatların və nəzəri nəticələrin təsviri, təqdimatın müxtəsərliyi;
praktiki dəyər;
nəticələr və tövsiyyələrin olması.
c. İşin mətni istənilən açıq informasiya resursunda yerləşdirilməlidir.
d. Müsabiqə işinin həcmi A4 formatlı beş səhifədən az və 10 səhifədən çox olmamalıdır. Şrift 12, Times New Roman. Layihə və təqdimatların elektron formatda olması təqdirəlayiqdir.
e. Göndərilmə zamanı müsabiqə iştirakçısı müşaiyətedici məktubda özü haqqında məlumatları:
– soyadını, adını, atasının adını;
– təvəllüdünü;
– təmsil etdiyi gənclər ictimai birliyinin, ali təhsil ocağının, akademik, yaxud elmi tədqiqat müəssisəsinin adını;
– ev ünvanını;
– vəzifəsini, elmi dərəcəsini, kafedranın adını, ali təhsil ocağında oxuduğu mühazirə kurslarını (əgər varsa);
– pasport məlumatlarını;
– elektron poçt ünvanını;
– əlaqə telefonlarını;
– işin mətni yerləşdirilmiş açıq məlumat resursunu (elektron ünvanı göstərməklə) qeyd etməlidir.
Qeyd. Bu tələblərə cavab verməyən işlər qəbul olunmur: müsabiqəyə təqdim olunan işlər geri qaytarılmır.
6. Mükafatlandırılma
a. Müsabiqənin qalibi olan üç nəfər MDB PAA Şurasının və Azərbaycan Respublikası Milli Məclisinin rəhbərliyi adından fəxri fərmanlarla təltif olunacaq, həmçinin 2014 — cü ilin oktyabr ayında onlar üçün Sankt-Peterburqa üç günlük səfər təşkil olunacaqdır. Sankt-Peterburqa səfər zamanı müsabiqə qalibləri MDB Parlamentlərarası Assembleyanın fəaliyyəti ilə tanış olacaq, onlara təlim keçiriləcək (təlim seminarı), qanun layihələrinin və digər normativ-hüquqi aktların hazırlanması üzrə interaktiv məşğələlərdə və həmçinin mədəni proqramlarda (muzeyə, teatra ziyarət və s.) iştirak edəcəklər.
b. Müsabiqənin qalibləri Sankt-Peterburqa səfər üçün özləri ilə bu sənədləri götürməlidirlər:
– xarici pasport;
– təhsil aldığı yeri, elmi-tədqiqat institutu və ya təşkilatda çalışmasını təsdiq edən arayış.
7. Müsabiqənin iştirakçılarına və qaliblərinə olan tələblər
a. Müsabiqənin iştirakçılarından tələb olunur:
– bu Əsasnaməni rəhbər tutaraq, müsabiqənin keçirilməsinin mərhələ və qaydalarını bilmək;
– müsabiqənin keçirilmə qaydalarına riayət etmək, digər müsabiqə iştirakçıları və müsabiqə komissiyasının üzvləri ilə nəzakətlə davranmaq;
b. Müsabiqənin qalibləri təhlükəsizlik texnikasına və davranış etikasına mütləq riayət etməlidirlər.
8. Maliyyələşmə
8.1 Müsabiqə təşkilatçılar hesabına maliyyələşdirilir.
8.2 Namizədlərin iştirakı pulsuzdur.
9. Əlaqə malumatları
Bakı şəhəri, Bayıl qəsəbəsi, Qurban Abbasov küç. 58, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialı.
E-poçt: [email protected]
Tel/faks: (+99412) 491-68-43