“BAROKKO USTADLARI – 340”I R E S P U B L İ K A M Ü S A B İ Q Ə S İ

“Barokko ustadları – 340” müsabiqəsi barokko dövrünün öncül bəstəkarları – Georq
Hendel, İohann Sebastyan Bax və Domeniko Skarlattinin anadan olmalarının 340 illik yubileyi
münasibətilə keçirilir.
Müsabiqənin məqsədi – Qərb incəsənətində XVII–XVIII əsrlərdə hökm sürmüş barokko
üslubunun estetik dəyərlərinin çağdaş dövr ifaçılıq sənətində təzahürü və istedadlı musiqiçilərin
aşkara çıxarılmasıdır. G.Hendel, İ.Bax, D.Skarlattinin qələmə aldığı əsərlərin gənc ifaçıların
repertuarına daxil edilməsi çoxəsrlik tarixə malik barokko musiqisi irsinin yalnız estetik və
texniki aspektlərdən deyil, həm də mədəni və tarixi dəyərlər baxımından da təbliğinə xidmət
edir. Eyni zamanda, müsabiqə yetişməkdə olan gənc nəslin musiqi tarixinin barokko dövrünü
daha dərindən anlamağa və bu ənənələri çağdaş ifaçılıq kontekstində təqdim etməyə imkan verir.

MÜSABİQƏNİN ŞƏRTLƏRİ

  1. Müsabiqə 3 yaş qrupu üzrə 2 mərhələdə (I mərhələ – seçim mərhələsi) aşağıda qeyd olunan
    nominasiyalar üzrə keçirilir:
    ▪ Fortepiano
    ▪ Simli alətlər
    ▪ Nəfəs və zərb alətləri
    ▪ Vokal
  2. I mərhələ (seçim mərhələsi) videoçəkiliş əsasında keçiriləcək. Videoçəkiliş “YouTube”
    saytına yerləşdirilməli və linki sənədlərlə birgə [email protected] elektron poçt
    ünvanına göndərilməlidir. İfanın videoçəkilişi əsərin əvvəlindən sonuna qədər montajsız, arası
    kəsilmədən və dayanmadan aparılmalıdır. İfa zamanı nominasiyadan asılı olaraq ifaçının siması,
    əlləri, musiqi aləti, hərəkətləri aydın görünməlidir.
    II mərhələdə münsiflər heyətinin qərarı ilə bütün nominasiyalar üzrə hər yaş qrupunda
    maksimum 30 nəfər iştirak edə bilər.
  3. Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilir. Qaliblər “Barokko ustadları – 340” I
    Respublika müsabiqəsinin laureatı adına layiq görülür. Diplom alan şəxslərə isə “Barokko
    ustadları – 340” I Respublika müsabiqəsinin diplomantı adı verilir.
  4. Müsabiqə iştirakçılarını öz konsertmeysterləri müşayiət etməlidir.
  5. İştirakçıların müəllimləri və onları müşayiət edən konsertmeysterlərin müsabiqədə iştirakı ilə
    bağlı təşkilati məsələlərin həlli və ezamiyyə xərcləri öz vəsaitləri hesabına həyata keçirilir.
  6. Münsiflər heyətinin qərarı həlledicidir: şikayət edilə və təkrar müzakirə oluna bilməz.
    Qeyd: II mərhələdə iştirak etmək hüququ qazanmayan və II mərhələyə keçib qalib
    olmayan iştirakçılara heç bir sənəd verilmir.

MÜSABİQƏNİN PROQRAMI
FORTEPİANO NOMİNASİYASI
Proqrama Georq Hendel, İohann Sebastyan Bax və Domeniko Skarlattinin yaradıcılığına aid 3
əsər daxil olunmalıdır (hər bəstəkardan 1 əsər).
SİMLİ ALƏTLƏR
Proqrama 3 əsər daxil olunmalıdır: G.Hendel və İ.Baxın yaradıcılığına dair əsərlərin seçilməsi
arzuolunandır. Barokko dövrü bəstəkarlarının yaradıcılığına aid 3-cü əsərin seçimi sərbəstdir.

NƏFƏS VƏ ZƏRB ALƏTLƏRİ
Proqrama 3 əsər daxil olunmalıdır: G.Hendel və İ.Baxın yaradıcılığına aid əsərlərin seçilməsi
zəruridir. Barokko dövrü bəstəkarlarının yaradıcılığına aid 3-cü əsərin seçimi sərbəstdir.
VOKAL
Proqrama 3 əsər daxil olunmalıdır: G.Hendel və İ.Baxın yaradıcılığına dair əsərlərin seçilməsi
arzuolunandır. Barokko dövrü bəstəkarlarının yaradıcılığına aid 3-cü əsərin seçimi sərbəstdir.
MÜSABİQƏNİN YAŞ QRUPU
I yaş qrupu – 8 – 12 yaş
II yaş qrupu– 13 – 16 yaş
III yaş qrupu – 17 yaş və yuxarı

MÜSABİQƏYƏ TƏQDİM OLUNACAQ
SƏNƏDLƏR

  1. Müsabiqə iştirakçılarının ərizə-anketi (əlavə).
  2. Doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti.
  3. İştirakçının təhsil aldığı müəssisənin arayışı.
  4. Fotoşəkil.
  5. “YouTube” saytına yerləşdirilmiş videoyazıların linki (ərizə-anket formasına
    yerləşdirilməlidir).
    Qeydlər:
    – Hər bir iştirakçının sənədləri tək-tək göndərilməli və elektron poçtun mövzu bölməsinə
    iştirakçının soyadı, adı, ata adı, yaşı və məktəbi qeyd olunmalıdır.
    – Göndərilən sənədlər tam, düzgün, iştirakçının yaşına və müsabiqənin tələblərinə uyğun
    olmazsa, iştirakçı müsabiqəyə buraxılmayacaq.
    – II mərhələdə iştirak etmək hüququ qazanmış iştirakçılar 35 manat məbləğində ödəniş
    etməlidirlər.

ƏRİZƏ VERMƏNİN QAYDASI
Müsabiqədə iştirak etmək istəyənlər 2025-ci il noyabr ayının 15-nə qədər (qeyri-iş günlərində
sənəd qəbul edilmir) yuxarıda qeyd olunan sənədləri [email protected] elektron
poçt ünvanına göndərməlidirlər.
MÜSABİQƏNİN TARİXİ:
16 – 25 noyabr (I mərhələ), 8 – 17 dekabr (II mərhələ)
SƏNƏD QƏBULU: 15 noyabr 2025-ci il tarixinə qədər
(qeyri-iş günlərində sənəd qəbul edilmir)
Telefon: (+99412) 493 19 17; (+99412) 598 01 94
E-mail: [email protected]