Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin inkişaf proqramı «Azərbaycanda innovasiyaya əsaslanan və davamlı vətəndaş cəmiyyətinin inkişafı” ilə bağlı «İdeyaları sosial biznesə çevirmək» mövzusunda Təlim düşərgəsi 18-19 April 2023-ci ildə Bakıda təşkil edilib.
İki gün keçirilən təlimdə sosial biznes və sahibkarlıqla məşğul olan şirkət nümayəndələri, fərdi sahibkarlar və vətəndaş cəmiyyəti təşkilatlarının fəalları İtaliyanın ARCO təşkilatının “Sosial müəssisələr və sosial bizneslər nədir”?, BMT-nin İnkişaf Proqramının mütəxəssisi Cəlalə Allahverdiyevanın “İnkubasiya və Sürətləndirmə proqramının icmalı”, ARPA Consulting –in “İnkubasiya və Sürətləndirmə” proqramına müraciət etmə prosedurları, sosial sahibkarlıq üzrə təlimçi Nadir Quluzadənin “Biznes modellər” haqqında təqdimatları, “Buta” İncəsənət və şirniyyat təşkilatının nümayəndəsi Sara Rəcəblinin, Gwen Burchell-in “United Aid for Azerbaijan”, Firuzə Sultanzadənin “Ekosfera” kimi təşkilatlarının Azərbaycanda sosial biznes sahəsində uğur hekayələri ilə tanış oldular.
Təlimdə sosial sahibkarlıq üzrə təlimçi Sara Rəcəbli iştirakçılara Sosial Biznes Modeli Canvas haqqında ətraflı məlumat verdi.
Təlim zamanı Biznes Dizayn Praktiki sessiya zamanı iştirakçılar sosial sahibkarlıq üzrə təlimçilərin dəstəyi ilə sosial biznes modelinin müvafiq formalar üzrə cavablandırılması və ərizə formalarının hazırlanması üzərində işlədilər.
Təlimdə iştirak edən təlimlər və kommunikasiya sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Elçin Sərdarov təşkilatçılara və təlimçilərə, xüsusən də qrupda fərdi sosial layihələrlə bağlı məsləhətlər verən İtaliyanın ARCO təşkilatının sosial-iqtisadiyyat üzrə elmi əməkdaşı Ellida Odorizzi xanıma və təlimçi-məsləhətçi Elçin Rəşidova təşəkkürünü bildirərək, təlimlərin faydalı olduğunu, sosial biznes, biznes modellər və təcrübələr haqqında məlumatlılığını artırdığını və sosial biznes, inkişaf yönümlü təlimlər, eko və digər turizm sahəsində tətbiq edəcəyini bildirdi. “Regional Gender Mərkəzi” ictimai birliyinin sədri Şərgiyyə Dadaşova bu təlimin onun qadınlar üçün daha dayanıqlı biznes qurulması üçün sosial biznesin inkişafına köməklik edəcəyini qeyd etdi.