Hörmətli oxucular. Mövcud vəziyyəti avantaja çevirmək üçün «ABŞ Təhsilli Azərbaycan Məzunları» İB tərəfindən hazırlanmış Sizin üçün faydalı onlayn platformaların siyahısını təqdim edirik. Burada siz müxtəlif dərslərə qoşulmaq üçün ödənişsiz qeydiyyatdan keçə, kursu bitirdikdən sonra isə sertifikatla təltif oluna bilərsiniz.

https://www.coursera.org/- 3800 kurs və 400 ixtisasdan ibarət bazaya sahibdir. Dərslər ingilis dilində olsa da, müxtəlif dillərdən (hətta türk dilində) altyazı tapa bilərsiniz. Müxtəlif sahələrə aid 500-ə yaxın kurs ödənişsizdir, amma indiki vəziyyətlə əlaqədar, yeni ödənişsiz kurslar da əlavə edilib. Ödənişli kurslarda sertfikat almaq istəyirsiniz, amma büdcəniz ona uyğun deyilsə, o zaman ‘’Financial Aid’’, yəni təqaüd üçün müraciət edə bilərsiniz. Bu proses heç də təsəvvürünüzə gətirdiyiniz qədər çətin deyil. Sadəcə olaraq, istədiyiniz kursa nə üçün endirim etməli olduqlarını, bu kursun sizə necə bir fayda verəcəyindən bəhs etməlisiniz.

https://bilgeis.net/ – Türkiyenin ODTÜ (Orta Doğu Teknik Üniversitesi) universitetinə məxsus platformadır. Xüsusilə, hazırda tələb olunan sahələrə (rəqəmsal marketinq, dizayn, foto ve videoqrafiya, ünsiyyət bacarıqları və s.) dair kurslar mövcuddur. Dərslər Türk dilindədir. Ödənişsizdir və kursu tamamladıqdan sonra sertifikat PDF formasında sizə təqdim olunur.

https://www.iienstitu.com/ – İstanbul İşlətmə Universitetinin yaratdığı bir platformadır. Burada demək olar ki, dərslərin bir çoxu ödənişsizdir, ödənişlilər üçün isə qiymət aralığı 10-200 TL arası dəyişməkdədir.. Dərslər Türk dilindədir və uğurla kursu bitirdikdə sertifikatla təltif olunursunuz.

https://udemyfreecourses.org/ – sayca ən çox onlayn kurslara malik platformalardan biridir. Bu saytda siz müxtəlif növdə və çeşiddə kursları kəşf edə bilərsiniz. Bu platformada bütün kurslar sizə ödənişsiz olaraq təklif olunur. Əsas məqsəd tələbələr üçün gərəkli bilikləri əlçatan etməkdir. Platformada qısa video dərsliklər, çoxlu test tapşırıqları və materiallar mövcuddur. Dərslər daha çox ingilis dilindədir, lakin müxtəlif dillərdən (Türk dili daxil) dərslərə rast gəlmək mümkündür.

https://www.khanacademy.org/ — bu platforma Massaçusets Texnoloji İnstitutunun məzunu, Harvard Salman Xana məxsusdur. Burada müxtəlif sahələr üzrə 4200-dən artıq ödənişsiz onlayn kurslar təklif edilir.

https://www.udacity.com/ – İT sahəsindəki insanlar üçün onlayn ödənişsiz kurslar təqdim edilir..

http://www.openculture.com/ – xarici dilləri öyrənmək üçün onlayn platforma. Burada siz ödənişsiz dərslər, videolar və müxtəlif filmlər izləyə bilərsiniz.

https://oyc.yale.edu/ – YALE dərsləri ödənişsizdir və dünyanın aparıcı müəllimləri tərəfindən həyata keçirilir..
#evdəqal #davamlıtəhsil #aaa2020

GreenPen.az