Yaxın günlərdə Təhsil Nazirliyinin informasiya şöbəsinin təşəbbüsü ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə Maarifçi QHT-lərin «Step IT Academy» beynəlxalq tədris müəssisəsinə turu təşkil ediləcək. Tədbirin informasiya dəstəyi «AZƏRTAC», «CBC» və «Yaşıl qələm» («GreenPen») Təhsil şəbəkəsi tərəfindən həyata keçiriləcək.
Bu haqda GreenPen.az-a Nazirliyindən məlumat verilib. Tur zamanı Maarifçi QHT-lərin nümayəndələri 9 saylı Bakı Peşə Liseyinin bazasında fəaliyyət göstərən “STEP İT Academy” beynəlxalq tədris müəssisəsi ilə yaxından tanış olacaqlar. Tədbir proqramına maraqlı təqdimatlar, tədris prosesi ilə tanışlıq və diskussiyalar daxil edilib.
GreenPen.az