Elçin Sərdarov
İctimaiyyətlə əlaqələrin institusional inkişafı üzrə Koordinatoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvi
3-5 may tarixlərdə Təhsil Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasına həsr olunmuş “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirildi.
Elmi konfransın təşkilat qrupu tədbirə göndərilmiş 330 yerli və xarici alimin məqalələri ilə tanış olublar. Tədbir çərçivəsində plenar və bölmə iclasları keçirilmişdir. Konfrans zamanı “Heydər Əliyev irsi və Azərbaycan multikulturalizm modeli”, “Müasir Azərbaycanda multikultural cəmiyyət”, “Azərbaycan tarixi və mədəniyyəti”, “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı” bölmələrində maraqlı və aktual elmi müzakirələr aparılmışdır. Qeyd edək ki, konfransın işinə yeni daxil edilən “Müasir Azərbaycan Ulu öndər Heydər Əliyev ideyaları işığında” bölmədə respublikanın müxtəlif universitetlərini təmsil edən tələbələr, Bakı, Sumqayıt, Abşeron rayon məktəb və liseylərinin, o cümlədən qaçqın məktəblərindən olan şagirdləri iştirak etmişdirlər. Çıxışçıların tezisləri kitab şəklində çap olunub iştirakçılara paylanmışdır.
Konfrans Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin, Milli Elmlər Akademiyasının Prezidenti A.M.Əlizadənin, Moldova parlamentinin ombusmanı A.A.Qreqoriunun, ABŞ-ın Kaliforniya ştatının Pravoslav kissəsinin parteri X.K.Mendesin, azərbaycan rus icmasının sədri M.Y.Zabelinin, dağ yağudilərin icmasının sədri M.Yevdayevin, Ural Federal Universitetinin professoru A.Q.Nesterovun, Rusiya Xalq təsərrüfatı və dövlət qulluğu Akademiyasının dosenti, fəlsəfə elmlər doktoru R.Danakarinin, Rusiya Azərbaycan Dostluq Mərkəzinin Direktoru Natalya R.Krasovskayanın, Ural Federal Universitetinin dosenti Yuliya R. İvanovanın və digərlərin maraqlı çıxışları ilə yadda qaldı.
Konfransda 10 ölkədən — Rusiyadan, Polşadan, Bolqarıstandan, Türkiyədən, Gürcüstandan, İtaliyadan, ABŞ-dan, Qazaxıstandan, Moldovadan, İsveçdən, Polşadan və digər ölkələrdən 21 nümayədə iştirak etmişdir.
Eləcə də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prokurorluğunun, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin, AMEA-nın Elmi-Tədqiqat İnstitutlarının və Naxçıvan Bölməsinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Texniki Universitetinin, Milli Aviasiya Akademiyasının, Bakı Slavyan Universitetinin, Azərbaycan Milli Konservatoriyasının, Polis Akademiyasının, Bakı Avrasiya Universitetinin, Təfəkkür Universitetinin, Qərb Universitetinin, Qafqaz Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, Gəncə Dövlət Universitetinin, Lənkəran Dövlət Universitetinin, Mingəçevir Dövlət Universitetinin, Azərbaycan Aqrar Universitetinin nümayəndələri iştirak etmişdirlər.
Konfrans çərçivəsində xarici qonaqların iştirakı ilə “Multikulturalizm: dünya təcrübəsi və Azərbaycan modeli” mövzusunda dəyirmi masa keçirilmişdir. Bakı Slavyan Universitetin və digər universitetlərin tələbələrinin iştirakı ilə müxtəlif ölkələrinin mahnıları və rəqslərindən ibarət maraqlı musiqili kompozisiya hazırlanmışdır.
Konfransda iştirak edən xarici qonaqlar Bakı şəhərinin görməli yerləri ilə, eləcə də Azərbaycan Tarix Muzeyi, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Arxeologiya və Etnoqrafiya Muzeyi, Azərbaycan Dövlət Bayrağı Muzeyi, Azərbaycan Xalça Muzeyi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış oldular.