Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (bundan sonra “Fond” adlanacaq) gənclər təşkilatlarını və 14-29 yaş həddində olan fiziki şəxsləri beşinci qrant müsabiqəsində iştirak etmək üçün layihə təkliflərini təqdim etməyə dəvət edir.
Müsabiqənin məqsədi gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir. Müsabiqənin prioritet istiqamətləri aşağıdakılardır:
“A” kateqoriyası:
• yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi
• gənclərin iştirakı ilə intellektual müsabiqələrin, yarışların, festivalların, olimpiadaların və s. keçirilməsi
• gənclərin elmi fəaliyyətinin təşviq edilməsi
• asudə vaxtın səmərəli təşkili
• ailə dəyərlərinin qorunması və təbliği
• məişət zorakılığına qarşı mübarizə
• incəsənət sahələri üzrə (musiqi, teatr, rəsm, heykəltaraşlıq və s.) müsabiqələrin və sərgilərin təşkili
• gənclərin sahibkarlıq bacarıqlarının və məşğulluğunun artırılması
• valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan gənclərin dəstəklənməsi
• cəzaçəkmə müəssisələrini tərk etmiş gənclərin cəmiyyətə inteqrasiyası
• sağlam həyat tərzinin təbliği – gənclər arasında zərərli vərdişlərin qarşısının alınması
• ətraf mühitin qorunması
• Bakı 2015 – ilk Avropa Oyunları ilə bağlı təbliğat kampaniyasına ictimai dəstək
• “Gəncə – Avropa Gənclər Paytaxtı 2016” kampaniyası çərçivəsində tədbirlər
• gənc KİV işçilərinin peşəkarlığının artırılması
• region gənclərinin ictimai fəallığının artırılmasıv • tolerantlığın təbliği (Avropa Şurasının “Nifrət Nitqinə Yox Hərəkatı” beynəlxalq kampaniyası çərçivəsində təşəbbüslər).
“B” kateqoriyası:
• Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
• beynəlxalq könüllülük və gənclər proqramlarının Azərbaycanda təşviqi
• Azərbaycanın gənclər təşkilatlarının beynəlxalq gənclər platformaları ilə əməkdaşlığının qurulması və inkişaf etdirilməsi
• “Gəncə – Avropa Gənclər Paytaxtı 2016” kampaniyası çərçivəsində tədbirlər
• tolerantlığın təbliği (Avropa Şurasının “Nifrət Nitqinə Yox Hərəkatı” beynəlxalq kampaniyası çərçivəsində təşəbbüslər).
“C” kateqoriyası:
• yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi
• gənclərin iştirakı ilə intellektual müsabiqələrin, yarışların, festivalların, olimpiadaların və s. keçirilməsi
• ailə dəyərlərinin qorunması və təbliği
• məişət zorakılığına qarşı mübarizə
• könüllülüyün təbliği
• bədii və elmi ədəbiyyata marağın artırılması
• incəsənət sahələri üzrə (musiqi, teatr, rəsm, heykəltaraşlıq və s.) müsabiqələrin və sərgilərin təşkili
• istedadlı gənclərin ixtiralarının və innovativ ideyalarının dəstəklənməsi
• müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə Azərbaycanın təbliğ edilməsi
• xüsusi qayğıya ehtiyacı olan gənclərin dəstəklənməsi
• sağlamlıq imkanları məhdud olan uşaq və gənclər üçün sosial tədbirlər
• gənclər arasında sağlam həyat tərzinin təbliği
• həvəskarlar arasında idman yarışlarının təşkili
• ətraf mühitin qorunması
• ictimai davranış qaydalarının təbliği • yol hərəkəti təhlükəsizliyi sahəsində maarifləndirmə
• region gənclərinin ictimai fəallığının artırılması
• Bakı 2015 – ilk Avropa Oyunları ilə bağlı təbliğat kampaniyasına dəstək
• “Gəncə – Avropa Gənclər Paytaxtı 2016” kampaniyası çərçivəsində tədbirlər
• tolerantlığın təbliği (Avropa Şurasının “Nifrət Nitqinə Yox Hərəkatı” beynəlxalq kampaniyası çərçivəsində təşəbbüslər)
• xaricdə təhsil alan və yaşayan azərbaycanlı gənclərin Azərbaycanla bağlı təşəbbüslərinin dəstəklənməsi
“E” kateqoriyası:
• Azərbaycan Respublikasında fəaliyyət göstərən gənclər təşkilatlarının institusional inkişafı ilə bağlı inzibati xərclərin qismən maliyyələşdirilməsi (təşkilati inkişaf qrantı) Layihə təklifinin maliyyələşdirilməsi üçün Fonddan istənilən məbləğ “A” kateqoriyası üzrə 30 000 (otuz min) AZN-dən, “B” kateqoriyası üzrə 40 000 (qırx min) AZN-dən, “C” kateqoriyası üzrə 5 000 (beş min) AZN-dən, “E” kateqoriyası üzrə 15 000 (on beş min) AZN-dən çox olmamalıdır.
Müsabiqənin müddəti:
Layihə təklifləri 2013-cü il dekabr ayının 29-dan 2014-cü il fevral ayının 10-dək təqdim edilə bilər.
Layihə təkliflərinin qəbulu üçün son tarix:
10 fevral 2014-cü il, saat 18:00