160 nömrəli Klassik Qimnaziyada «Biz hamımız insanıq və hamımız eyniyik» layihəsinin növbəti təlimləri keçirildi
Э.Сардаров
«Biz vətənimiz olan — multikultural Azərbaycanla fəxr edirik» — bunu öz qruplarının təkliflərini təqdim edən Baxişlı Toğrul, Hüseynli Leyli, Məlikov Teymur, Joel Nwolisa, Misirzade Aydin, Həsanov Yunus, Sefizade Rafael 14 aprel Təshil Nazirliyinin “Multikulturalizm ili” çərçivəsində Bakının 160 nömrəli Klassik Qimnaziyasında «Biz hamımız insanıq və hamımız eyniyik» mövzusunda keçirilmiş interaktiv təlimlərdə söyləmişdirlər.
Tədbiri 160 nömrəli Klassik Qimnaziyasının direktoru Faina Ələkbərova açaraq Azərbaycanın çoxmillətli və çox mədəniyyətli bir dövlət olduğunu deyərək, burada bütün millətlərin dostluq və qardaşlıq mühitində yaşadıqlarını bildirdi. «Məktəbdə həmişə müxtəlif xalqların nümayəndələri oxuyublar və onlar indi tanınmış şəxslərdir, ölkəmizə və digər ölkələrin , təşkilatların inkişafına tövhə verirlər» — o dedi. Məktəb Təhsil Nazirliyi, BŞTİ, Rusiya Əməkdaşlıq Təşkilatı, «Sodrujestvo» cəmiyyəti və digər təşkilatlarla əməkdaşlıq edir.
Tədbirdə Təhsil Nazirliyinin Informasiya şöbəsinin layihə koordinatoru Elçin Sərdarov layihənin məqsədi — Azərbaycanda tolerantlıq və multikulturalizmlə bağlı məktəblilərə məlumat vermək, etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların sülh şəraitində yaşamalarının vacibliyini göstərməsi olduğunu bildirmişdir. O, həmçinin Azərbaycan torpağının Haçıbəyov, Maqomayev, landau, Lütfüzadə, Rostropovic, Kərimov, Manarov kimi yaradıcı və istedadlı insanların yetişdirdiyini söyləmişdi. Təlimlərdə həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Nurlan Mirzəliyev, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyinin baş katibi Aytən Əliyeva və Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Aytən Əliyeva “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyinin mültikulturalizm və tolerantlıqla bağlı təcrübələrindən və mədəniyyətlərin dialoqu ilə bağlı iştirak etdikləri beynəlxalq Gənclər Forumları və digər tədbirlər haqqında məlumat verdi.»Böyük İpək Yolu» Beynəlxalq Gənclər İttifaqı Cultural İnfusion təşkilatı, UNESCO Silk Road Programme, Foundation for the Development of Education System (Hungary) təşkilatlarla əməkdaşlıq edir. Dünya Gənclər Məclisi (World Assembly of Youth (WAY)) və Dialoq və Əməkdaşlıq üzrə İslam Konfransı Gənclər Forumunun (İslamic Conference Youth Forum for Dialoq and Coorperation) üzvüdür.
Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Ölkəmizdə yaşayan dini azlıqların dilinin, dininin və mədəniyyətinin inkişafına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Qeyd olunub ki, xalqımız əsrlər boyu tolerantlıq və dünyəvilik ənənələrini qoruyub saxlayıb, ölkəmizdəki tolerantlıq mühiti dünyaya nümunə olub. Təlimçilər çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, müxtəlif etnik qruplar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında məlumat veriblər. İnteraktiv formada keçirilən təlimdə təqdimatlar edilib. Bildirilib ki, layihə çərçivəsində multikulturalizmlə və tolerantlıqla bağlı esse, şeir, mahnı və rəsm müsabiqələri keçiriləcək.
Təlimdə şagirdlərə Layihənin ideyası, fəaliyyətləri və onun Təhsil Nazirliyi və digər tərəfdaşların layihəni dəstəkləməsi haqqında məlumat verilmişdir. Uşaqlara və yeniyetmələrə multikulturalizm və tolerantlıqla bağlı slayd şou təqdim olundu, interaktiv sessiyalar keçirildi və təlim içtirakçıların sualları cəvablandırıldı. Təlim zamanı məktəblilərlə “Mənim haqqımda nə qədər bilirsən” oyunu oynanıldı. Təlim iştirakçıları əsas qaydalarla tanış oldular və uşaqlara özlərinin qaydalar yaratmaqlarına imkan verildi. “Biz hamımız insanıq və hamımız eyniyik” mövzusunda keçirilmiş müzakirə zamanı təlimçilər və məktəblilər tolerantlıq, müxtəliflik və multikulturalizmlə bağlı şəxsi həyatdan misallarla tanış oldular.
İştirakçılar 6 qrupa bölünərək liderlərini seçdilər. Liderlər qrupda təklif olunan problemlərin həlli yollarını axtarmışdırlar Azərbaycanı daha da müxtəlif və tolerant cəmiyyət kimi olmasına dair “çempionlar” təkliflər vermişdirlər.Qruplarda müzakirə edərək iştirakçılar müxtəlifliklə bağlı daha məlumatlı oldular, onların bu məsələdə düşüncələri daha yaxşı formalaşdı, onlardan müəyyən məsafədə olan uşaqlarla çoxlu eyniliklər tapıldı. Təlimin yekununda Multikulturalizmlə bağlı mesajın formalaşdırılması sahəsində iş aparıldı. Məktəblilər esse yazılması ilə bağlı məlumatlandırıldılar. Onlar tanıdığı və müxtəlifliklərinə hörmət etdiyi insanlar haqqında yazı hazırlayacaqlar
İnteraktiv formada keçirilən təlimdə təqdimatlar edilib. Bildirilib ki, layihə çərçivəsində multikulturalizmlə və tolerantlıqla bağlı “Mənim multikultural Azərbaycanım adlı” esse, şeir, mahnı və rəsm/foto, “Dahi Azərbaycanlılar multikulturalizm “ haqqında videosüjet və digər müsabiqələri keçiriləcək.