“Korporativ Sosial Məsuliyyət konsepsiyasının inkişaf etdirilməsində biznes və vətəndaş cəmiyyətinin iştirakı” adlı layihəsinə start verilib

Bu gün Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi korporativ sosial məsuliyyət konsepsiyasının Azərbaycanda fəaliyyət göstərən biznes qurumları və QHT-lər arasında təbliğ olunması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və bu sahədə fəaliyyət göstərən ekspertlərin iştirakı ilə (KSM) “Korporativ Sosial Məsuliyyət konsepsiyasının inkişaf etdirilməsində biznes və vətəndaş cəmiyyətinin iştirakı” adlı tədbiri Bakıda keçirmişdir.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Vüqar Əhmədov görüşün keçirilməsində məqsədin KSM konsepsiyasına biznes qurumlarında daha geniş maraq oyatmaq və bu sahədə QHT-lərin rolunu artırmaq olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, bu gün KSM-in inkişaf etdirilməsi və cəmiyyətdə bir dəyər olaraq geniş yayılması üçün QHT-lərin fəallığı xüsusi önəm kəsb edir.

Tədbirdə Təhsil Nazirliyinin, BMT və digər beynəlxalq təşkilatların təmsilçiləri, QHT-lərin nümayəndələri, biznes qurumdan qonaqlar iştirak etmişlər.

Layihənin eksperti Elməddin Hacılı iştirakçılara KSM, onun tarixi, cəmiyyətin inkişafında rolu, beynəlxalq təcrübədə KSM və Azərbaycanda KSM-in inkişaf etdirilməsi yolları və perspektivləri, QHT-biznes əməkdaşlığının vətəndaş cəmiyyətinin və ölkənin inkişafına verdiyi müsbət dividentlər haqqında təqdimatlar etmişdir. Görüş zamanı birgə əməkdaşlıq və ortaq layihələrin həyata keçirilməsi məsələləri nəzərdən keçirilmişdir.

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədovun GreenPen.az-a verdiyi məlumata əsasən, növbəti görüşlər Azərbaycanın regionlarında baş tutacaq. Layihənin yekununda toplanmış ideya və təkliflərin KSM təşəbbüsü çərçivəsində həyata keçirilməsi üçün yekun təhlil aparılacaq və razılığa gəlinən birgə layihələr haqqında məlumat veriləcək. Tədbir çərçivəsində QHT və biznes qurumlarında KSM, beynəlxalq təcrübə və gələcək əməkdaşlıqlar haqqında müzakirələr üçün platforma imkani yaranacaq. «Ümid edirik ki, Layihəmiz nəticəsində tədbirdə iştirak edəcək biznes və QHT təmsilçiləri KSM haqqında daha dolğun məlumat və bilgilər əldə edəcəklər, KSM-in QHT—biznes əməkdaşlığında faydasına dair geniş təsəvvürləri yaranacaq» — təşkilat rəhbəri dedi.

GreenPen.az

6

vigar2

vuqar-1