20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi Bakı şəhəri Xətai rayonu M.Nəcəfov adına 86 saylı orta məktəbində keçirildi

Qanlı 20 Yanvar hadisələrindən iyirmi dörd il keçir. Azərbaycanda milli-azadlıq hərəkatına və demokratik proseslərə təsir göstərən 20 Yanvar faciəsi xalqımızın istiqlaliyyət, milli-azadlıq və müstəqillik uğrunda apardığı hərəkata təkan verdi.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq bu faciəni respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir. 20 Yanvar ölkəmizin təhsil müəssisələrində yad edilmişdir, onunla bağlı informasiya və maarifləndirmə xarakterli müxtəlif tədbirlər keçirilmişdir. 20 Yanvar  faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi Bakı  şəhəri  Xətai  rayonu  M.Nəcəfov  adına  86  saylı orta məktəbində keçirildi. Mərasim qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

 Tədbirdə çıxış edən 86 saylı məktəbin direktoru Almaz Əzizova  20 Yanvar faciəsinin səbəbləri, xalqımızın sovet imperiyasına qarşı mübarizə ruhu və müstəqillik yolundakı mübarizəsindən danışmışdır. Almaz Əzizova  bildirmişdir ki, xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixinin bir qəhrəmanlıq səhifəsidir. “Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq” – o dedi.

Tədbirdə həmçinin məktəbin director muavini Ofeliya Pirverdieva və müəllimlər  çıxış edərək 20 Yanvarın xalqımızın müstəqillik uğrunda mübarizəsindəki yerindən, həmin günün xalqımız tərəfindən yüksək səviyyədə yad edilməsinin əhəmiyyətindən və tariximizin bu şanlı səhifəsinin gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışmışlar.

Tədbirlərdə “20 Yanvar” faciəsinə həsr olunmuş məruzələr, şəhid ailələri və faciə şahidi olan şəxslərin çıxışları, məktəblilərin ifasında şeirlər dinlənilmişdir. Azərbaycan xalqının 20 Yanvar faciəsi ilə bağlı məktəbdə fotosərgilər yaradılmış, faciəni əks etdirən fotolardan hazırlanmış slayd-şoular nümayiş etdirilmişdir, yerli orqanların dəstəyi ilə şəhid ailələrinə yardım payları təqdim olunmuşdur. 20 yanvar günü Şəhidlər Xiyabanını 86 saylı məktəbin kollektivi tərəfindən ziyarət edildi.

GreenPen.az

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *