Tofiq İsmaylov adına 6 Nli məktəb-liseydə UNESCO-nun “Qlobal media və informasiya savadlılığı” (Global Media and İnformation Literacy (MİL) həftəliyi çərçivəsində media və texnologiyalar üzrə peşəkar ekspertlə görüş keçirildi

UNESCO beynəlxalq təşkilatının təşəbbüsü ilə dünya ölkələrində 2018ci il 24-31 oktyabrda keçirilən “Qlobal media və informasiya savadlığı” (Global Media and İnformation Literacy (MİL) həftəliyi çərçivəsində informasiya və media texnologiyaları üzrə peşəkar məsləhətçi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun beynəlxalq layihələr şöbəsinin müdiri Elçin Sərdarovla bir qrup fəal məktəblilərin görüşü keçirildi.

Tofiq İsmaylov adına 6 Nli məktəb-liseyin fəal şagirdləri BMT-nin 17 qlobal məqsədləri ilə tanış oldular, sonra bununla bağlı sosial çarxa baxdılar və mediada,televiziyada, qəzetlərdə, e-xəbər saytlarında və kitabxanalarda yoxsulluğun azaldılması, sağlamlıq və rifah, keyfiyyətli təhsil, gender bərabərliyi, təmiz su və sanitariya, ucuz və təmiz enerji, yer və su üzündə həyat, sülh , ədalət və güclü institutlar, davamlı inkişaf naminə tərəfdaşlıq kimi mövzuların daha çox yer almasının vacibliyindən söhbət etdilər.

Məktəblilər dayanıqlı inkişafla bağlı, mətbuat ilə əlaqə mövzusunda təqdimatı maraqla izlədilər. Şagirdlər qəzet, xəbər agentliklərin, televiziya və radio-nun necə fəaliyyət göstərdikləri, obyektiv və qərəzli məlumatlar, məktəbin imicinin qorunması və inkişaf etdirilməsi kimi məsələlər haqqında məlumat aldılar və maraqlı diskussiyalarda iştirak etdilər. Məktəblilərə “Azərbaycan müəllimi” qəzeti, AZƏRTAC Dövlət İnformasiya Agentliyi, AzTV, İTV, 1news.az, GreenPen.az və digər media vasitələri haqqında məlumat verildi.
Məktəbin 8-ci sinif şagirdi Əliyeva Aysu Azərbaycanımızın köklü qəzetləri haqqında,mətbuatımızın inkişafı barədə geniş məlumat verdi.Həmçinin 8-ci sinif şagirdi olan Salayev Riad ölkəmizdə media vasitələrinin istifadəsi haqqında geniş məlumata sahib olduğunu göstərdi.7-ci sinif şagirdi Məmmədov Alim isə “Global Hədəflər”ə istinad edərək “Qlobal media və informasiya savadlılığı” gününün qeyd edilməsinin müasir təhsilimizdə öz yerini tapdığını vurğuladı.
Tədbirdə Tofiq İsmaylov adına 6 Nli məktəb-liseyin direktoru Gülşən Orucova, məktəb-liseyin director müavini Təranə Səmədova , məktəb-liseyin kitabxanaçısı Sevda Rəcəbova və digər təşkilatçılar,şagirdlər iştirak etdilər.
Şagirdlər gələcəkdə məlumatı necə əldə etməyi,bütün mənbələrə daha məsuliyyətlə yanaşmağı, mədəniyyətlər arası dialoqu,tolerantlıqla bağlı kitabların, mediadakı məqalələrin oxuyub müzakirə olunması və digər təşəbbüslərlə çıxış edəcəkləri barədə fikirlər söylədilər.
Görüşün yekununda Tofiq İsmaylov adına 6 Nli məktəb-liseyin direktoru Gülşən Orucova liseydə yaradıcı müəllimlərin və fəal şagirdlərin olduğunu və bununla fəxr etdiyini bildirərək qonaqlara öz təşəkkürlərini bildirdi.

GreenPen.az