«Vətəndaşların Sosial Rifahı Naminə» İctimai Birliyi layihə çərçivəsində əlilliyi olan uşaqlar və yaşlılar üçün tifloşarhlə sosial multfilm və film hazırlayıb, teatr, idman və digər kurslar təşkil edib

      «Vətəndaşların Sosial Rifahı Naminə» İctimai Birliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə «Əlillər və sağlamlıq imkanları məhdud uşaqlar (görmə imkanları məhdud) üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənəti növlərinin öyrənilməsinə yardım göstərilməsi» Layihəsi çərçivəsində “Nurlu an” adında tifloşərhlə sosial multfilm və dahi Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediya filmi tifloşərhlə hazırlayıb.

  “Nurlu an” multiplikasiya filminin senari müəllifi və layihənin ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi Elçin Sərdarov, multiplikatoru və animatoru – Sultan Əlibəyli, tifloşərhin müəllifi – Zərifə Agahüseyn qızı, səsnəldirənlər – Əliəsgər Talıbov, Turan Dadaşev, mətnin oxucusu – Samirə Sultan.  Multfilmdə əlilliyi olan insanların cəmiyyətdə bərabər hüquqlara malik olduğundan, onlara vətəndaşlar tərəfindən qayğısından və əlilliyi olanlarla bağlı beynəlxalq konvensiyalar, brayl əlifbası, taktil lenti haqqında məlumat verilir. Layihə çərçivəsində dahi Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasının tiflo şərhlə versiyası hazırlandı. Tifloşərhin müəllifi və oxucusu Zərifə Agahüseyn qızı, layihənin ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi Elçin Sərdarov. Tifloşərhlə hazırlanmış “Nurlu an” adlı multiplikasiya filminin və “Arşın mal alan” filminin hazırlanması üzrə layihəsinin koordinatoru – İradə Rizazadədir.

      Layihə çərçivəsində əlilliyi olan uşaqlar teatr  və idman məşğələlərinə cəlb edilirlər. Görmə imkanları məhdud şəxlərdən ibarət teatr tamaşası səhnələşdirilib. “Həyata keçirdiyimiz layihə görmə imkanları məhdud şəxslərdə həyat haqqında təsəvvürlərin yaradılmasına və onların cəmiyyətə inteqrasiyası istiqamətində zəruri bilikləri mənimsəmələrinə xidmət edəcək” – İradə Rizazadə dedi.

     Məlumat üçün layihənin məqsədi — görmə imkanları məhdud şəxslərin proqramları sərbəst şəkildə izləməsi, onların cəmiyyətə inteqrasiyasını  və dünya görüşlərinin artırılması, görmə imkanları məhdud şəxslərdən ibarət  teatrın yaradılması yolu ilə onların teatr sahəsinə inteqrasiya olunması, Avropada geniş yayılmış tifloşərh sahəsinin Azərbaycanda geniş tətbiqi üçün işlərin aparılmasıdır.