İT “Step” Akademy təhsil müəssisəsinə məktəblilərin infoturları davam edir

Bakı şəhəri Xəyati rayon Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin müəllim-rəhbər heyəti və şagirdləri İT  ”Step” Academy-nin qonaqları oldular

Bakı şəhəri Xətai rayonun Xəyati rayon Mübariz Nəcəfov adına 86 nömrəli məktəbinin şagirdləri Təhsil Nazirliyinin və “Yaşlıların təhsili” Assosiasiyasının, “Yaşıl qələm” təhsil şəbəkəsi ilə birgə həyata keçirdiyi  “Step İT Academy Azerbaijan” təhsil müəssisəsinə infoturlar və ixtisas seçimi ilə bağlı informasiya sessiyaları” layihəsinin iştirakçıları oldurlar.

Akademiyanın marketinq meneceri Ağarəhim Poladov “Step İT Academy”-nin fəaliyyəti, kompyuter proqramlaşdırılması, dizayn və şəbəkə işi haqqında məlumat verdi, həmçinin uşaqları informasiya texnologiyaları sahəsində uğur qazanmış, dünya şöhrətli alimlər və sahibkarlar haqqında təqdimatlarla tanış etdi. Bu dəfəki təqdimatlarda məktəblilərə dünya şöhrətli riaziyyatçı, qeyri-səlist məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə haqqında geniş məlumat verildi.

Məktəblilər robot texnikası və Kiçik kompyüter akademiyasının baş müəllimi Nadir Zamanovun təqdimatını maraqla qarşıladılar.

Tədbirin yekununda çıxış edən Təhsil Nazirliyinin informasiya şöbəsinin institusional inkişaf  üzrə koordinatoru Elçin Sərdarov məktəblilərə gələcəkdə ixtisas və peşə seçimlərində sevdikləri və istedadları olan sahələrə üstünlük vermələrini və uğur qazandıqları fənnlərə müvafiq ixtisasları seçməyini töysiyyə etdi. Onun sözlərinə görə, indiki məktəblilər çöx şanslıdırlar, cünki, onların “Step” İT Academy və digər müasir peşə yönümü və ali təhsil ocarlarında təhsil almaq və gələcəkdə isə sənət sahibi olmaq, elm, dövlət və yaxud özəl sahələrdə fəaliyyət göstərmək imkanları olacaq.

Məktəblilərin və “Step İT Academy”-nın yaradıcı heyətinin qarşısında çıxış edən Bakı şəhəri Xəyati rayon Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin direktoru Arzu Azadəliyeva təşkilatçılara və müəllimlərə maraqlı tur və sessiya üçün təşəkkürünü bildirərək, bu tur onun gözləntilərindən daha maraqlı və faydalı keçdiyini qeyd etdi. “Burada həm uşaqlar, həmçinin müəllimlər özlərinə çox faydalı məlumatlar əldə etdilər, və bu biliklər və təcrübə hamımıza işimizdə, həyatımızda xeyirli olacaq, yeni ideyalara və təşəbbüslərə təkan verəcək. Artıq məktəblilərin bəziləri bu sahədə öz ideyaları ilə bizimlə bölüşmək istəyirlər. Bunula bağlı onlar bu tur haqqında həvəslə esselər yazacaqlar” – Arzu xanım dedi.

İnfotur zamanı məktəblilərlə interaktiv müzakirələr keçirildi, onların sualları cavablandırıldı.Tədbir iştirakçılarına Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili sahəsində həyata keçirilən yeni layihələr haqqında məlumat verildi.