“Elektron Təhsil” Respublika müsabiqəsi davam edir

 “Elektron Təhsil” Respublika müsabiqəsi davam edir

Müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yeni tədris üsullarını təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır.

Bu haqda məlumatı GreenPen.az-a Təhsil Nazirliyində verdilər. Müsabiqə 3 istiqamət olmaqla, 6 nominasiya üzrə keçirilir. Müsabiqə ilə bağlı daha ətraflı məlumatıwww.musabiqe.edu.az  saytından almaq mümkündür.

“Elektron Təhsil” Respublika müsabiqəsində münsif və ya ekspert qismində iştirak etmək istəyən şəxslər bununla bağlı http://musabiqe.edu.az/news/14501/ linkinə daxil ola bilərlər.

Müsabiqə “AzEduNet”, “Ultra”, “Edumedia Azərbaycan”, “Nar” mobil operatoru və «Təhsildə İnnovativ Texnologiyar» əlavə təhsil mərkəzi tərəfindən dəstəklənir.

Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər mükafatlar təqdim olunacaq.

GreenPen.az