Məktəblilər “Step İT Academy”-də infoturda iştirak etdilər

Bakı şəhəri Nərimanov rayonun  45 saylı məktəbinin şagirdləri Təhsil Nazirliyinin və “Yaşlıların təhsili” Assosiasiyasının, “Yaşıl qələm” təhsil şəbəkəsi ilə birgə həyata keçirdiyi  “Step İT Academy Azerbaijan” təhsil müəssisəsinə infoturlar və ixtisas seçimi ilə bağlı informasiya sessiyaları” layihəsinin iştirakçıları oldurlar.

Akademiyanın marketinq meneceri Ağarəhim Poladov “Step İT Academy”-nin fəaliyyəti, kompyuter proqramlaşdırılması, dizayn və şəbəkə işi haqqında məlumat verdi, həmçinin uşaqları informasiya texnologiyaları sahəsində uğur qazanmış, dünya şöhrətli alimlər və sahibkarlar haqqında təqdimatlarla tanış etdi.

Məktəblilər robot texnikası və Kiçik kompyter akademiyasının baş müəllimi Nadir Zamanovun təqdimatını maraqla qarşıladılar.

Tədbirin infosessiyası bölümündə təqdimatlarla çıxış edən Təhsil Nazirliyinin informasiya şöbəsinin institusional inkişaf  üzrə koordinatoru Elçin Sərdarov və “Yaşlılar üçün təhsil” Assosiasiyanın prezidenti Azər Ramazanov məktəblilərə dövlət, özəl və QHT sektorunda çalışmaq imkanları və könüllülük fəaliyyəti haqqında məlumat verdilər.

Məktəblilərin və “Step İT Academy”-nın yaradıcı heyyətinin qarşısında çıxış edən Nərimanov rayonun 45 nömrəli tam orta məktəbin direktoru Nazilə Məmmədova təşkilatçılara və müəllimlərə maraqlı tur və sessiya üçün təşəkkürünü bildirərək, bu tədbirdən sonra uşaqların informasiya texnologiyaları sahəsində öyrənmək və işləmək imkanları haqqında məlumatlı olacaqlarını, onların peşə seçimlərində müstəqil planlaşdırmadan istifadə edərək öz məqsədlərinə çatmalarına köməklik edəcəklərinə əminlik olduğunu söylədi.

İnfotur zamanı məktəblilərə sual vərəqələri paylanılmışdır, onların verildiyi suallar cavablandırılmışdır. Tədbir iştirakçılarına Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili sahəsində həyata keçirilən yeni layihələr haqqında məlumat verilmişdir.

GreenPen.az