«Bəbirləri mühafizə edək!»ekoloji yay düşərgəsi məktəblilərin yaddaşında qalacaq

IDEA  İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən «Qafqaz bəbirlərinin mühafizəsi» layihəsi çərçivəsində «Bəbirləri mühafizə edək!» adlı ekoloji yay düşərgəsi keçirilib.

T’əhsil Nazirliyindən GreenPen.az-a verilən məlumata görə Masallı, Astara və Lənkəran rayonlarından 70-dən çox məktəblinin iştirak etdiyi düşərgə 27-30 iyul tarixlərində Masallı rayonunun Qəriblər kəndində təşkil edilib.

«Bəbirləri mühafizə edək!» yay düşərgəsinin məqsədi məktəb yaşlarından gənclərin ətraf mühitlə bağlı maarifləndirilməsi, onlarda təbiətə sevgi hissinin formalaşdırılması və inkişaf etdirilməsi, Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan məktəblilərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliğ edilməsidir.  WWF-Azərbaycan-dan alınan məlumata görə, düşərgədə məktəblilər Qafqaz bəbirinin qorunması, insan və ətraf mühit mövzularında seminarlarda, bəbirlərin yaşadığı təbii mühitə ekskursiyalarda, müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak ediblər.

Məlumat üçün, ilk belə yay düşərgəsi 9-11 iyul 2014-cü il tarixlərində Lənkəran, Astara və Lerik rayonlarından olan məktəblilərin iştirakı ilə Masallı rayonunda təşkil olunub. Əmin ki, bu cür maraqlı yay məktəbi uşaqların yaddaşında illər boyu qalacaq

GreenPen.az

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *