Məmmədağa Sərdarov – 75 Müdriklik dövrünü yaşayan insan

AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, Jurnalistlər Birliyin üzvi, şair — publisist, əmək veteranı Məmmədağa Əhmədkərim oğlu Sərdarovun anadan olmasının 75 və əmək fəaliyyətinin 55 illik münasibətilə yübiley məclisi keçirilmişdir.

Yubileydə Fəlsəfə və Hüquq İnstitutunun direktorunun birinci müavini, hüquq elmləri doktoru, professor Bəhram Zahidov yubilyarın həyatı və elmi fəaliyyəti haqqında məlumat verdi.  Yubilyarı direktorun ümumi işlər üzrə müavini Qabil Camalov, Milli Məclisin deputatı, tarix elmləri doktoru , professor Fəzail İbrahimov , BDU-nun sosiologiya kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov, fəlsəfə üzrə fəlsəfə doktoru Sakit Hüseynov, doğulmuş, boya başa çatmış Qusar rayon İcra Hakimiyyəti adından rayon mədəniyyət və turizm şöbəsinin müdiri David İbramxalilov və başqa tədbir iştirakçıları çıxış etdilər. Şair-dramaturq Teyyub Qurban yubilyarı təbrik etdi. Azərbaycan Milli Dram teatrın aktyoru Respublikanın Əmək artisti Firuz Xudaverdiyev yubilyarın “Azərbaycan, Azərbaycan” şerini oxudu. Tədbirdə yubilyarın sözlərinə Respublika Xalq artisti, bəstəkar Eldar Mansurovun bəstələdiyi “Mən Qusara gələndə” mahnısının xalq artisti Heydər Anatolunun ifasında dinlənildi. Tədbirlə bağlı yubilyarın təzə çıxan Müdriklik Dövrünü Yaşayan İnsan kitabı paylanıldı.

GreenPen.az Təhsil Resursun yaradıcı heyəti “Azərbaycanda miqrasiya prosesləri”, “Qloballaşma və miqrasiya”, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə siyasi mühacirət və qaçqınlar problemi”, “Azərbaycan dövlətçiliyin möhkəmləndirilməsində miqrasiya proseslərin tənzimlənməsinin rolu”, “Milli təhlükəsizlik və miqrasiya məsələləri”, “Həsən bəy Zərdabi”, “Vətəndaş aliminin yaradıcılığı”, “Azərbaycan dövlətinin milli siyasətin formalaşmasında Ulu öndər Heydər Əliyevin rolu” adlı məqələlərin, iki nomoqrafiyanın. 60-a yaxın elmi məqalənin, “Öz yolum — düz yolum”, “Məhəbbət rəmzi” və “Həsrətli günlər” şeirlərdən idarət kitabların və 160-dan artıq məqalə və oçerk müəllifi, siyasi elmlər üzrə fəlsəfə doktoru Məmmədağa Əhmədkərim oğlu Sərdarovu yubiley münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, Qafqaz uzunömürlüyü və ölkəmizin rifahı naminə yeni yaradıcılıq uğurları azru edir!

GreenPen.az

Təhsil Resursun yaradıcı heyəti

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *