Qardaş Türkiyədə seysmik vəziyyət. Azərbaycan və Türkiyə xilasediciləri insaniyyət imtahanından üzü ağ çıxdılar.

Son xəbərlərə görə, qardaş Türkiyənin Malatyanın Battatqazi bölgəsində 3,9 bal gücündə zəlzələ baş verib. Fövqəladə Hallar və Təcili Yardım İdarəsi (AFAD) saytında yer alan məlumata görə, zəlsələ Malatyanın Battalqazi bölgəsində baş verib. Martın 14-də saat 21:55 -də baş verən zəlzələ yerin 7 kilometr dərinliyində baş verib. Məlumat üçün, 2023-cü il 6 fevral tarixində saat 04:17-də Türkiyədə episentri Kahramanmaraş vilayətinin Pazarcık rayonunda olan və digər 9 vilayətində — Qaziantep, Malatya, Diyarbəkir, Kilis, Şanlıurfa, Adıyaman, Hatay, Osmaniyə və Adanada şiddətlə hiss edilən 7.7 bal gücündə zəlzələ baş verdi. Zəlzələ xeyli dağıntılara və insan tələfatına səbəb olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə bağlı işləri koordinasiya etmək üçün Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD)  sədrliyi üzərinə götürüb. Dəhşətli hadisə baş verən andan etibarən Azərbaycan dövləti qardaş Türkiyənin yanında olduğunu nümayiş etdirdi. Azərbaycan hər zaman olduğu kimi bu dar gündə də qardaşının köməyinə çatan ilk ölkə oldu. Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü.