Koreyada təqaüd proqramı. Sənədlər üçün yekun tarix: 13.10.22

Koreya Respublikası  2023-2024-cü tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramını elan edir.

Bakalavriat təhsil səviyyəsi üzrə elan olunan proqrama 25 yaşadək Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər. Bu haqda məlumatı GreenPen.az Azərbaycan Respublikasının Təhsili Nazirliyinin edu.gov.az saytına və Koreya Respublikasının Azərbaycandakı səfirliyinə istinadən dərc edir.

Proqramda iştirak etmək istəyənlər 13 oktyabr 2022-ci il tarixinədək sənədlərini Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.

Əlavə məlumat:

Koreya Respublikası 2023-2024-cü tədris ili üzrə “Qlobal Koreya” təqaüd
proqramını elan edir
Ölkə: Koreya Respublikası
Təhsil səviyyəsi: bakalavriat
Yaş həddi: 25 yaşdan aşağı (1 mart 1998-ci il tarixindən sonra)
Təqaüd müddəti: 5 il (1 il koreya dili kursu və 4-6 il bakalavriat)
Kvota: 1 nəfər
Maliyyələşmə: aylıq təqaüd, təhsil haqqı, dil kursu, təhsil müddəti ərzində
1 dəfə (giriş-çıxış) aviabilet xərci, tibbi sığorta, tədqiqat
xərcləri.
Dil bilikləri: ingilis dili (TOEFL/ IELTS/ TOEIC); koreya dili (TOPIK)
Müraciət forması: ərizə forması
Ətraflı məlumat: https://bit.ly/3RDUYXZ
Təqaüd proqmanın təlimat vərəqəsi ilə keçiddən tanış olmağınız mümkündür.
Son tarix: 13.10.2022 (saat 17:30-a qədər)
Qeyd: Namizədlər sənədlərini Koreya Respublikasının Azərbaycandakı səfirliyinə
təqdim etməlidirlər suallar olduğu təqdirdə aidiyyəti üzrə ünvanlaya bilərlər:
Əlaqə vasitələri: azeremb@mofa.go.kr / +994-12 596-79-01 (xanım Lee Hyunju)