Füzuli rayonunun “Qayıdış” qəsəbə 5 saylı tam orta məktəbində böyük qayıdışa hazırlıq və mina təhlükəsizliyi ilə bağlı ”Təhsildə innovasiyalar və inkişaf” V-ci qrant müsabiqəsinin dəstəyilə müəllim, valideyn və şagirdlər üçün seminar və təlim keçirilib

Füzuli rayonun “Qayıdış” qəsəbə 5 saylı tam orta məktəbində Təhsil Nazirliyinin “Təhsildə innovasiyalar və inkişaf” üzrə V-ci qrant müsabiqəsinin dəstəyilə “Doğma kəndimizə sağ qayıdaq” adlı layihəsi çərçivəsində müəllimlər, valideynlər və şagirdlər üçün böyük qayıdış və mina təhlükəsizliyinə aid seminar və təlim keçirilib.

Seminarda çıxış edən Füzuli rayonunun “Qayıdış” qəsəbə 5 saylı tam orta məktəbin direktoru Təranə Məhərrəmova Ali Baş Komandanın rəhbərliyi ilə müzaffər ordumuzun qəhrəmanlığı nəticəsində vətən müharibəsində qalib olmağımız və torpağlarımızın azad olunması ilə görüş iştirakçıları təbrik edərək ərazilərimizin tam minalardan təmizlənməyənə qədər və bundan da sonra məktəblilərin və bütövlükdə rayon əhalisinin mina təhlükəsizliyi ilə bağlı maarifləndirilməsinə böyük ehtiyacın duyulduğunu qeyd edərək layihənin aktuallığından, məqsəd və vəzifələrindən söhbət açdı.

Tədbirdə “Zəfər tariximiz, beynəlxalq humanitar hüquq və təhlükəsiz böyük qayıdış” mövzusunda təqdimatla çıxış edən beynəlxalq layihələr, kommunikasiya və sosial məsələr üzrə məsləhətçi, Bakı Dövlət Universitetinin “Sosial Elmlər və Psixologiya“ fakültəsinin “Sosial iş” kafedrasının müəllimi, AMEA Fəlsəfə İnstitutunun dissertantı Elçin Sərdarov Böyük qələbənin əldə olunmasında Azərbaycan xalqının öz Qəhrəman-Prezidentinin, Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməsini, ölkədə milli həmrəyliyinin və Ali Baş Komandanın, rəşadətli Azərbaycan ordusunun, cəzur oğul və qızlarımızın döyüşlər zamanı göstərdikləri qəhrəmanlıqlarının böyük rol oynadığını qeyd edərək, ölkəmizin məkirli düşməndən fərqli olaraq beynəlxalq humanitar hüquqa, qoşulduğunu BMT-nin «Döyüşən orduda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında», «Hərbi əsirlərlə rəftar haqqında»,»Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında»,»Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında» Konvensiyaları və bu Konvensiyanın əlavə protokollarına riayyət etdiyini və mülki şəxslərlə deyil, erməni terrorçu, hərbi birləşmələrinə qarşı vuruşduğunu, düşmənin azad olmuş torpaqlarda küllü miqdarda mina basdırdığını söyləyərək, bu sahədə minaların zərərləşdirilməsi və təmizlənməsi işlərin gedişatından, əhalinin, xüsusən də məktəblilərin və onların validenlərinin mina təhlükəsizliyi sahəsində maarifləndirilməsinə, mütəxəssislərlə görüşlərə, qaydalar və mina təhlükəsizliyi ilə bağlı tədbirləri haqqında söhbətlərə böyük ehtiyacın olmasını vurğuladı.

Seminarda “Mina təhlükəsizliyi və bu sahədə görülən işlər və qabağlayıcı tədbirlər” mövzusunda təqdimatla Beynəlxalq Qızıl Xaç Təşkilatının nümayəndəsi Nicat Məmmədov çıxış edərək mina təhlükəsizliyinə uşaqların və yaşlıların tam məsuliyyətlə yanaşmasının vacibliyini qeyd etdi, minalanmış ərazilərə hər hansı vasitə ilə səfərlərin təhlükəli olması və faciəli nəticələri, çətin vəziyyətə düşmüş halda atılacaq düzgün addımlar haqqında iştirakçıları məlumatlandırdı.

Müharibədə iştirak etmiş, Qubatlı və Kəlbəcərin azad olmasına görə 2 təltif almış, hərbi -həkim, polkovnik-leytenant Vüqar Bağırov müəllimləri, şagirdləri və valideynləri “ Minadan zəzər çəkmiş insana ilk yardım”la bağlı məlumat təqdim etdi və faydalı praktiki məsləhətlər verdi.

Məktəbin hərbiyə hazırlıq fənninin müəllimi, Füzuli, Qubadlı və Şuşa uğrunda döyüşmüş və 3 təltif almış baş leytenant Rahil Babayev “Hərbiyə hazırlıq dərslərində mina təhlükəsizliyinə dair məlumatın təqdim edilməsi və bu sahədə təlabatlar” mövzusunda çıxış etdi. O hərbi hazırlıq dərslərində məktəblilərin vətənpərvərlik və təhlükəsizlik məsələlərinə daima diqqət yetirildiyini bildirərək bu cür seminar və təlimlərin çox böyük əhəmiyyət daşıdığını qeyd etdi.

Seminarda “Post müharibə dövründə böyük qayıdışa hazırlıqda ailədə uşaqların maarifləndirilməsi” mövzusunda təqdimatla Bakı Dövlət Universitetinin “Sosial Elmlər və Psixologiya“ fakültəsinin “Sosial iş” kafedrasının müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Aynurə Rəşidova çıxış etdi. O uşaqların və ailələrin sağlam öz dogma kəndlərinə qayıtması üçün ailələrdə təhlükəsizlik və inkişaf məsələri ilə bağlı söhbətlərin edilməsinin və valideynlərin daima öz uşaqların inkişafı və sosioloji durumu, niyyətləri ilə maraqlanmalarının vacibliyini söyləyib.

Seminardan sonra aşağı və yuxarı sinif şagirdləri ilə mina təhlükəsizliyinə dair interaktiv formatda təlimlər keçirildi. Təlimlərin sonunda məktəblilər çəkdiyi rəsmlərdə və yazılarda azad olmuş dogma kəndləri ilə bağlı arzularını bildirdilər.

Tədbirlərin sonunda məktəblilər və layihə iştirakçıları məktəbə hədiyyə edilmiş Azərbaycanın bayrağı fonunda ümumi şəkil çəkdirdilər.