Yeni Təhsil Naziri — Emin Əmrullayev təyin edilib!

Ölkə Prezidenti, hörmətli, cənab İlham Əliyevin Bakı şəhər, 27 iyul 2020-ci il tarixli Sərancamı ilə Emin Əmrullayev Təhsil naziri təyin edildi. İyul ayının 27-də İlham Əliyev Emin Əmrullayevi Təhsil Naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Dövlətimizin başçısı qəbulda çıxış edib. Emin Əmrullayev — pedaqoqika üzrə fəlsəfə doktorudur. Yeni vəzifəyə təyin olunmasından əvvəl Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru vəzifəsində çalışıb, Təhsil Nazirliyinin təhsilin inkişaf proqramlarına rəhbərlik edib, ölkə daxilində və xaricdə sertifikatlaşdırılmış təhsil və idarəetmə proqramlarında uğurlu iştirak təcrübəsi var. Ailəlidir, təhsil işçilərinin inkişafı və onlar üçün səmərəli və peşəkar iş mühitin yaradılmasında, beynəlxalq təcrübə proqramlarının ölkəmizə gətirilməsində xidmətləri olub.

Emin müəllimə, peşəkar və səmimi insana yeni vəzifəsində uğurlar arzu edirik, ümumi təhsilimizin inkişafında davamlı əməkdaşlıq etməyə və qarşılıqlı dəstəyə hazırıq!