AMEA Humanitar və İctimai Elmlər Bölməsinin növbəti Büro iclası keçirildi

Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər Bölməsinin V Büro iclası keçirildi. Büro üzvləri, bölmə üzrə elmi-tədqiqat müəssisələrinin direktorları, aidiyyatı olan institut əməkdaşlarının iştirak etdiyi iclası giriş sözü ilə açan bölmənin akademik-katibi AMEA-nın müxbir üzvü Kamal Abdullayevgündəlikdəki məsələlər barədə məlumat verdi.

İclasda AMEA tərəfindən keçiriləcək ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “Qloballaşma prosesləri və Azərbaycan elmi” mövzusunda beynəlxalq elmi konfransdan söz açan K.Abdullayev tədbirdə xarici ölkə nümayəndələrinin, elm və ictimai xadimlərin iştirak edəcəyini, konfransın AMEA elmi-tədqiqat müəssisələrinin beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm rol oynayacağını qeyd etdi.

İclas çərçivəsində N.Qarayevin şəxsi arxivinə aid bəzi qovluqların araşdırılmasına dair ekspert komissiyası, Nizami Gəncəvi və Mirzə Fətəli Axundzadə ensiklopediyalarının hazırlanmasına dair redaksiya heyəti yaradıldı, eləcə də Həsən bəy Zərdabi haqqında elmi-populyar kitabın hazırlanması, “Xəbərlər” (Humanitar elmlər seriyası) jurnalının redaksiya heyətinin yeni tərkibi haqqında məsələlər müzakirə edildi.

İclasda, həmçinin Dilçilik İnstitutunun aparıcı elmi işçisi fil.ü.f.d. Q.Cəfərovun anadan olmasının 75 illiyi münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi haqqında AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırıldı.

Sonda ETM-lərin bir sıra kadr və cari məsələlərinə baxıldı.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *