AMEA İnsan Hüquqları İnstitutu “GMO və ərzaq təhlükəsizliyi” kitabı nəşr etdirmişdir

Kitabda müasir dövr üçün aktual və əhəmiyyətli olan bir sıra mövzularda elmi məqalələr toplanmışdır. Nəşrdə yer almış “Milli genofondumuz təhlükə altındadır”, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun MDB ölkələrinin analoji qanunları ilə müqayisəli təhlili”, “Genetik modifikasiya edilmiş orqanizmlər (GMO) və onların məhsullarının təhlükəliliyi”, “Genetika: bəşərin xilası, yoxsa bəla” və digər yazılarda həyat üçün böyük əhəmiyyət kəsb edən bir çox məsələlər mütəxəssislər tərəfindən araşdırılır.

 Layihənin elmi rəhbəri AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva, nəşrin elmi redaktoru institut direktorunun müavini, tibb elmləri doktoru, professor Vüqar Məmmədovdur.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Mənbə: www.science.gov.az, 26.07.2013, 14:13

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *