Region müəllimlərinin elmi-texniki bilikləri artırılır

Kompüter kurslarının ilk mərhələsi bu dəfə Ağstafada keçiriləcək

Dövlət başçısı tərəfindən cari ilin İKT ili elan olunması ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına müvafiq olaraq Azərbaycanda məqsədyönlü işlər görülür. Ölkəmizdə informasiya cəmiyyətinin formalaşması və biliklər iqtisadiyyatının bərqərar olmasına elmi dəstək verən AMEA-nın müvafiq qurumları tərəfindən də məqsədyönlü layihələr həyata keçirilir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri tərəfindən regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqsədilə əhalinin müxtəlif qrupları üçün həyata keçirilən təlim kursları, seminarlar bu qəbil tədbirlərdəndir.

 Əhalinin bütün təbəqələri üçün İKT biliklərinin aşılanmasına xidmət edən daha bir tədbirə 5 avqust 2013-cü il tarixində start veriləcək. AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri tex.f.d. Firudin Ağayev, böyük elmi işçiGülarə Məmmədova və proqramçı Könül Daşdəmirova 5-15 avqust tarixlərində bu məqsədlə Ağstafa rayonuna ezam olunacaqlar.

 Bu barədə tex.f.d. Firudin Ağayev məlumat verdi: “Cari ilin iyul ayında Göyçayda təlim kursunun birinci mərhələsini başa vurduq. Avqustun 5-də isə Ağstafa rayonunun orta ümumtəhsil məktəblərinin informatika və fənn müəllimləri üçün “Ən yaxşı informatika müəllimi” müsabiqəsi çərçivəsində kompüter kurslarının ilk mərhələsinə start veriləcək.

Hər regionda keçirilən kurslar 3 mərhələdən ibarətdir. Sonda isə biliklərin xüsusi test proqramı ilə qiymətləndirilməsi nəzərdə tutulub. Məqsəd regionlarımızda ümumtəhsil müəssisələrində çalışan müəllimlərin müasir elmi-texniki biliklərə yiyələnməsidir”.

 

Mənbə: www.science.gov.az,  

31.07.2013, 13:55

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *