“Bir könül sevindirək» adlı aksiya təşkil olundu

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə “Bir könül sevindirək» adlı aksiya təşkil olundu

Ən gözəl insani xüsusiyyətlərdən biri də xeyirxahlıqdır. Təmiz və saf qəlbə malik olan insan insanın dostu, yoldaşı qardaşıdır. Xeyirxahliq insanlar arasındakı münasibətlərdə təzahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır. Xeyriyyəçilik hər bir insanın öz qəlbinin və vicdanının səsi ilə öz  qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir. Belə xeyirxahlıq aksiyalardan biri də Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə həyata keçirilib. Bu haqda GreenPen.az bakımektebleri.az saytında istinad edərək xəbər verir.

Məktəb kollektivinin təşəbbüsü ilə “Bir könül sevindirək” adlı aksiya təşkil olundu. Aksiyanın məqsədi müqəddəs Ramazan ayıda bir neçə şagird və işçilərə bayram sovqatı aparmaq, ailələrə bu çətin günlərdə dəstək olmaq olmuşdur. 07 may 2020-ci il tarixində məktəb kollektivinin bir neçə nümayəndəsi əvvəlcədən müəyyəmləşdirilmiş ünvanlara gedərək ailələrə Ramazan sovqatı təqdim etdilər. “Biz birlikdə güclüyük” kampaniyasına dəstək olan aksiya iştirakçıları bu xeyirxah işlərini davam etdirmək arzusundadırlar.

GreenPen.az