Müəllimlər üçün humanizmin təşviqinə aid vebinar keçirildi

Bugün Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin  keyfiyyətin təminatı şöbəsinin müdiri Elçin Sərdarovun moderatorluğu ilə dil və ədəbiyyat müəllimləri üçün “Məktəblərdə ümumbəşəri və humanizm dəyərlərin aşılanması» mövzusunda vebinar keçirildi.

Vebinarın məqsədi — dil və ədəbiyyat, həyat bilgisi və digər fənn müəllimlərinin şəgirdlərin dərslərdə humanist və mənəvi-əxlaqi dəyərlərin aşılanmasında insanpərvərliklə bağlı kitablardan, Şərqin şifahi xalq ədəbiyyatından  tədris metodikasında istifadəsini müzakirə etmək və müəllimlərin bu mövzuda məlumatlılıq səviyyəsinin artırılması idi.

Vebinarda iştirak edən müəllimlərə mövzunun aktuallığı, humanizmin tərifi və onunla bağlı çağırışlar, humanizm paradiqması, təhsilin humanizləşməsi, qlobal vətəndaşlıq və humanizm ilə bağlı məlumat verildi, humanizmin təşviqində milli və şərg şifai ədəbiyyatından (atalar sözləri, rəvayətlər, nağıllar) istifadəsi, humanizmin təşviqində metodik-resurs dəstəyi və təcrübə mübadiləsi məsələləri ilə bağlı konkret nəzəri və praktiki məsləhətlər verildi.

Vebinar zamanı iştirakçılar humanizmlə bağlı Siseron, Petrark, Platondan savayı, şərg alimlərinin Əl Fərabi, İnb Sina, İbn Ruşt, Konfutsiy, Nizami Gəncəvi, Tolstoy və digər filosof və mütəfəkkirlərin müdrik ifadələri və nəzəri baxışları ilə tanış oldular, H.Zərdabi, Z.Tağıyev kimi humanist  maarifçilərin baxışları, həyatda etdiyi faydalı əməllər və müdrik ifadələrdən dərslərdə və müzakirələrdə istifadəsinə aid slaydlara baxdılar, şagirdlərin ibrətamiz əxlaqi və mənəvi təcrübələrin əldə edilməsinə xidmət edəcək Azərbaycan, Asiya və Slavyan rəvayətləri “Şeyx Nizaminin Kamillik barədə çox dəyərli fikirləri”, “Sultan Süleymanın gözəllik, müxtəliflik və dözümlülük haqqında müdrik sözləri»,  «Dalğalanma», “Yaxşılıq edərək çox şey əldə edirik”,  “Mənimlə danış” sosial çarxlarına baxdılar, “Əzabsız vicdan”,  “Dostluq haqqında”  rəyayətləri dinlədilər və onların dərsdə istifadəsi, müzakirələr üçün sualların hazırlanması ilə bağlı praktiki təlimatlar aldılar.

Vebinar iştirakçılarına Ümumdünya Təhsil Forumunun məktəblərdə şagirdlərin humanistlik ruhu əks etdirmək; universallıq və spesifikliyin tarazlaşdırılması; cəmiyyətdə əmin-amanlığı gücləndirmək; insanlıqla bağlı praktiki tədbirlər görmək məqsədi ilə humanizmə aid oxu işinin, birgə oxu siniflərinin təşkili, oxunmuş kitabların müzakirələri və şagirdlərin humanitar mövzuda il ərzində yazıların yazılması, kitab hazırlama və  qlobal mədəniyyət təcrübələri ilə bağlı məlumat verildi.

Vebinarda ölkə prezidenti İlham Əliyevin və birinci vitse – prezident, UNESCO-nun və İSESCO-nun ölkəmizdə xoşməramlı səfiri Mehriban Əliyevanın humanist dəyərlərin təbliğində və təşviqində gördüyü işlərdən, mədəniyyətlər arasında dialoqun inkişafı, qlobal və milli səviyyədə sosial, təhsil və mədəniyyət sahəsində görülən işlərdən məlumat verildi.

Vebinar zamanı çıxış edən müəllimlər bu dəyişik vəziyyətdə öz məsuliyyətlərini və müqəddəs missiyalarını dərk etdiklərini,  şagirdlərin insanpərvərlik,  vətəndaşlıq və mənəvi – tərbiyyə məsələlərində valideynlərin də daha çox rol oynamalarını və birgə səylər göstərilməsinin vacibliyini vurğuladırlar.

Abşeron rayonunun Məmmədli kənd məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nuranə Cavadova:  “ Ümumbəşəri dəyərlərin və humanizmin məktəblərdə təbliği ”mövzusunda vebinarda iştirak etmək imkanım yarandı. Vebinarın moderatoru Elçin Sərdarov çıxışlarında qeyd etdiyi kimi, ümumtəhsil məktəbi gənc nəslin humanist ruhda tərbiyəsinə böyük əhəmiyyət verməlidir. Əlbətdə ki, bu məsələdə atalarımızın və babalarımızın təcrübələrindən istifadə etməliyik, müdrik insanların ifadələrinə istinad etməliyik və xalq yaradıcılığının irsindən də öz işimizdə istifadə etməliyik. Bu halda daha böyük uğurlar əldə edə bilərik. Vebinarı gənc nəsil üçün təhsil baxımından çox vacib bir mövzuya həsr etdiyinə görə Elçin müəllimə təşəkkürümü bildirirəm. «

Rus dili və ədəbiyyatı müəllimi, fənnin metodikası üzrə təcrübəli təhsil işçisi Elçin Orucov, vebinarın moderatorunun rus dili və ədəbiyyatı dərslərində xalq məsəlləri və nağıllardan istifadəsi ilə bağlı fikirlərini tam dəstəkləyir. “Xeyirxahlıq, dözümlülük, böyüklərə hörmət, şərəf və dürüstlük, Vətənə sədaqət, həmçinin humanizm mövzularında sosial videoçarxların dərslərdə göstərilməsi və müzakirə edilməsi ilə bağlı rəvayyət və əfsanələrin oxunması şübhəsiz ki, uşaqların fikirlərinə müsbət təsir göstərəcək və hərəkətlərinə təsir edəcəkdir. Yaxın vaxtlarda bu sahədə metodistlər və elm adamları ilə əməkdaşlığı gücləndirməyi planlaşdırırıq.»

Lənkəran şəhər 4 nömrəli məktəbin direktoru, Əməkdar müəllim Yeganə Əsgərovanın fikrincə bu cür vebinarın planetimizin bu çətin dönəmində keçirilməsi və ümumbəşəri dəyərlərə , humanizmə həsr edilməsi çox vacibdir və müəllimlər üçün xeyirli olacaq, bu cür universal vebinarların hamısında iştirak etməyə hazırıq. Vebinarda iştirak edən UNESCO-nun Assosiativ Məktəblər Şəbəkəsi Layihəsinin üzvü olan məktəbin İngilis dili müəllimi  hesab edir ki, vebinar faydalı oldu, tələbələrlə qlobal vətəndaşlıq, bizim və dünya klassiklərimizin, yazıçılarımızın, filosofların insanlığa dair fikirlərini müzakirə etmək və onları məktəblərin ən yaxşı təcrübələri ilə tanış etmək,  digər ölkələrlə təcrübə mübadiləsi aparmaq vacibdir «.

Qusar rayon T.İsmaylov adına 6 nömrəli məktəbin direktoru Naira Kliçeva və Fizuli rayon Qayıdış qəsəbəsinin məktəb direktoru Təranə Səmədova bu cür vebinarların müəllimlər üçün faydalı olduğunu söyləyərək, regionlarda internetin sürətinin artırılması və yay aylarında digər inkişaf mövzularında vebinar və seminarların təşkili ilə bağlı istəklərini  bildirdilər.  

Vebinarda Bakı, Abşeron rayonun və digər rayon məktəblərindən 50 müəllim iştirak edib.

E.Sərdarov müəllimlərə məlumat verdiklərinə görə Abşeron rayon təhsil şöbəsinə minnətdarlığını bildirdi. Humanizm, tolerantlıq mövzularını təbliğ etmək, şagirdlərin təhsil alması üçün şərait yaratmaq və məktəbdə zorakılığın qarşısını alınması,   təşəbbüslərin və məktəb layihələrinin inkişafı, faydalı təhsil mənbələri, yeni metodikalar və müəllimlərin və təhsil menecerlərinin peşəkar inkişafına töhfə verən digər mövzular üçün vebinar və seminarların keçirilməsində Bakı və bölgələrdəki məktəblərlə əməkdaşlığın davam etdiriləcəyini söylədi. «Dahi Nizaminin dediyi kimi, işığa çıxanlar başqasına da isbat eləməlidirlər ki, idrak işığı sönməzdir! İnsanlarda inam yaratmalıdırlar ki, bir nəfərin kamilliyi də ədalətə xidmətdir «.

.

GreenPen.az