Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarından irəli gələrək vergi hesabatlarının verilməsi müddəti 04 may 2020-ci ilə kimi uzadıldı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb. Vergilər Nazirliyinin GreenPen.az-a verdiyi məlumata görə xüsusi karantin dövrü ilə əlaqədar fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə qeyri-iş günlərinin vaxtının uzadılmasını, habelə Vergi Məcəlləsinin 68.2-ci maddəsinin müddəalarını əsas götürərək, vergi hesabatlarının verilməsinin və vergilərin ödənilməsinin son müddəti aşağıdakı kimi müəyyən edilir:

  • fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral və mart ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti – 04 may 2020-ci il.

GreenPen.az