Elitar Gimnaziyada BMT-nin Qlobal Məqsədlərinin təşviqinə və Uşaq Hüquqlarına aid görüş və «Açıq dərs» keçirilib

Bakı şəhərində Elitar gimnaziyada «Dünyanın ən böyük dərsi» təşəbbüsü çərçivəsində BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təbliğinə həsr olunmuş «Açıq dərs» keçirilib. «Açıq dərs»də Azərbaycan Respublikasının Prezidenti yanında YUNESKO üzrə Milli Komissiyanın daimi katibliyinin əməkdaşı Aysel İbrahimli, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Beynəlxalq layihələr şöbəsinin müdiri Elçin Sərdarov, İnstitutun əməkdaşları Sevinc Məmmədova, Turan Sadıqlı iştirak ediblər. 

Görüşün əvvəlində Elçin Sərdarov 17 Dayanıqlı İnkişaf Məqsədləri ilə şagirdləri tanış edib, sonra Aysel İbrahimli YUNESKO-nun fəaliyyəti ilə bağlı  şagirdlərə məlumat verib. Təqdimatlardan sonra gimnaziyanın ingilis dili müəllimi Şəhla Əliyeva «Dünyanın ən böyük dərsi»nin Ümumdünya uşaq gününə həsr edilmiş «Uşaqlığın gələcəyinin yazılması. Hər uşağa hər hüquq» dərsini keçirib. Şəkillərdən göründüyü kimi, dərsin qonaqları da şagirdlərlə birlikdə Uşaq hüquqları konvensiyası ilə tanış olmuş, BMT-nin uşaqlar üçün hazırladığı sadələşdirilmiş Uşaq hüquqlarına aid kartoçkalardan və məlumat vərəqlərindən istifadə edərək öyrəniblər. Görüşün sonunda şagirdlərə «Dünyanın ən böyük dərsi»ndə iştirak etdikləri üçün sertifikat və Milli Komissiyanın adından hədiyyələr təqdim edilib.

GreenPen.az