Şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı ekoloji aksiya keçirildi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə AMEA Neft və Qaz İnstitutunun Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin müdirinin təşkilatçılığı ilə Yeni Günəşli qəsəbəsində yerləşən 165 saylı MTK-nın ərazisində yaşayan sakinlər böyük coşquyla qoşulublar.

Bu haqda GreenPen.az-ı AMEA Neft və Qaz İnstitutunun elmi katibi y.e.f.d. Şəlalə Hüseynova məlumatlandırıb.  Məlumata görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət əsasında ərazidə əkilmək üçün İnstituta 100 ədəd ağac, o cümlədən 70 ədəd küknar və 30 ədəd eldar şamı ayrılmışdır. «Bu gün bu ağaclar əkilib və hər gün onlara qulluq ediləcək. Aksiya iştirakçıları ağac əkimində böyük həvəs və ruh yüksəkliyi ilə iştirak ediblər. Ümid edirəm ki, bir neçə ildən sonra ağaclar böyüyəcək, ərazinin yaşıllığı burada yaşayan insanlara komfort şərait yaradacaq»- aksiyada fəal iştirak edən,  AMEA Neft və Qaz İnstitutunun  şöbə müdiri F.Kərimov dedi.

GreenPen.az