Azərbaycanda kənd turizminin inkişafında əhalinin məlumatlandırmasının və müasir marketinq üsullarının tətbiqi

Elçin Sərdarov 

Cəlbedici təbiət və etnomədəniyyət

Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanması yalnız inkişafın yeni ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal modelinin-davamlı inkişafın formalaşdırılması hesabına ola bilər.

“Hər bir ölkənin özünəməxsus ətraf  mühit strategiyası və siyasət xətti olsa da, qlobal məqsədlər  insanların sağlam mühitdə yaşamasının təmin edilməsi, cəmiyyətin sahib olduğu ətraf mühit dəyərlərinin qorunması və inkişafı, ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətlənmişdir. Azərbaycan sosial — iqtisadi sahədə əldə etdiyi nailiyyətlərin dayanıqlı olmasını əsas prioritet kimi qəbul etmişdi” — bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi informasiya mənbələrində qeyd olunub. Bu sahədə həm Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin,  Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi BMT-nin Ekoloji Proqramın, Ümumdünya Təbiəti Mühafizə təşkilatın, respublika fəaliyyət göstərən bir sıra ekoloji ictimai təşkilatlarının fəaliyyətlətini qeyd etməliyik.

Hal hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10 milli park, 11 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığıdır. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 %, ayrılıqda milli parklar ölkə ərazisinin 4,87 %, dövlət təbiət qoruqları 1,39 %, dövlət təbiət yasaqlıqları isə 4.05 %-ni təşkil edir.

2018-ci ilin sentyabrından Xəzər dənizinin sahilində 99 min 060 hektarlıq ərazidə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında yeni milli park — Qızılağac Milli Parkı yaradılıb. Hazırda isə “Zaqatala biosfer qoruğunun yaradılması” layihəsi üzrə işlər aparılır.

Ölkəmizdə çox zəngin flora və faunası olan Akademik H.Əliyev adına Zəngəzur Milli Parkı, Ağgöl Milli Parkı, Şirvan Milli Parkı, Hirkan Milli Parkı, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, Şahdağ Milli Parkı, Göy-göl Milli Parkı, Samur-Yalama Milli Parkı, Qızılağac Milli Parkı fəaliyyət göstərirlər.

Misal üçün Akademik H.Əliyev adına Zəngəzur Milli Parkı ”Qırmızı kitab”a daxil olan növləri: bəbir, zolaqlı kaftar, manul pişiyi, dağ qoyunu (muflon), bezoar keçisi, toğlugötürən, Xəzər uları, ağboğaz bülbül, qırmızıqanad mərciməkquşu və s. , çılpaq dorema, yabanı zınbırtikan, Araz palıdı, zərif süsən, Qrossheym süsəni, Gözəl qayışləçək, Mişşenko zümrüdçiçəyi kimi bitki növləri mövcuddur. Abşeron Milli Parkında “Qırmızı Kitab”a daxil olan növlər: Xəzər suitisi, ceyran, adi soltanquş, ağgöz qaraördək, fısıldayan qulələk, adi flaminqo, kürən vağ, qıvrımlələk qutan və s., Yovşan, ot sarmaşığı, yabanı kök, adi qamış, iti cığ və s.kimi bitki növləri mövcüddur. Şahdaq Milli Parkında “Qırmızı kitab”a daxil olan növlər: Qonur ayı, nəcib maral, Avropa cüyürü,Qafqaz köpgəri, vaşaq, bərqud qartal, məzar qartalı, Qafqaz tetrası, Qafqaz uları və s., Palıd, vələs, fısdıq, göyrüş, qaraçöhrə, ağcaqayın, söyüd, qoz, gilas, alma, armud , əzgil, yemişan, böyürtkan, itburnu, zirinc və s.bitki növləri mövcüddur. Altı Ağac Milli Parkında “Qırmızı kitab”a daxil olan növlər: Qonur ayı, vaşaq, Avropa cüyürü, saqqallı quzugötürən, qara çalağan, ağıriyli ardıc, Qafqaz bənövşəsi, itikənarlı süsən və s., Palıd, vələs, göyrüş, yemişan, zirinc və s. bitkilər mövcüddur. Şirvan Milli Parkında ”Qırmızı kitab”a daxil olan növləri: ceyran, qamışlıq pişiyi, adi flaminqo, bəzgək və s., iydə ağacı, Xəzər sarıbaşı (Kalidium caspicum), xəzər şahsevdisi (Halostachus caspica), kol çərən (Suaeda dendroides), qarağan (Salsla dendroides), şoviç yovşanı (Artemisia Szovitsiana), budaqlı qışotu (Petrosimonia brachiata), ətli şoranqə (Salsola crass), ətirli yovşanı (Artemisia fraqrans) və s.bitkilər mövcuddur. Hirkan Milli Parkında Qırmızı kitaba daxil olan növlər: Bəbir, qonur ayı, vaşaq, zolaqlı kaftar, qara leylək, cırtdan qartalça, tirəndaz, Talış uzunbığı, Talış məxməri kəpənəyi, Hirkan şümşadı, Hirkan qovağı, Lənkəran gülxətmisi və s., əmirağac, şabalıdyarpaq palıd, vələs, fısdıq və s.bitkilər mövcuddur. Göygöl Milli Parkının ərazisində məməli heyvan növlərindən Qafqaz maralı, cüyür, qonur ayı, təkə, porsuq, meşə pişiyi, samur, vaşaq, daşlıq dələsi, gəlincik, adi kirpi,tülkü, Radde qonurdişi, Qafqaz köstəbəyi, ağqarın ağdiş və s., quş növlərindən bildirçin, meşə göyərçini, adi qur-qur, meşə cüllütü, göl qağayısı, toğlugötürən, qara kərkəs, leşyeyən, iri yapalaq, bayquş, qu quşu, qara ağacdələn, sarıköynək, meşə torağayı, çil qaratoyuq və s. yayılmışdır. Milli parkın ərazisində nadir növlər olan Qafqaz maralı, Göy göldə isə farel balığı qorunur, 1100-2200 m hündürlükləri əhatə edən dağ meşələri çox zəngin olub, 80-ə qədər ağac və kol növünə malikdirş Meşələrin əsas hissəsini kiçik yarpaqlı ağaclardan şərq fısdığı, şərq palıdı, Qafqaz vələsi, tozağacı adi göyrüş, itiyarpaqlı ağcaqayın, cökə, iynəyarpaqlı ağaclardan isə, Kox şamı (qarmaqvari şam) təşkil edir. Kol bitkilərindən zoğal, zirinc, itburnu, əzgil, gərməşov, böyürtkən və s. yayılmışdır. Ot bitkilərindən Qafqaz bənövşəsi, alp dişəsi, Steven zəncirotu, xırdaçiçəkli ziboldiya, zəngçiçəyi, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc və s. göstərmək olar. “Qırmızı kitab”a daxil olan növlər: qamışlıq pişiyi, vaşaq, Qafqaz maralı, Samur- Yalama Qafqaz köpkəri, Avropa cüyürü, böyük qırğı, məzar qartalı, adi qızılquş, fısıldayan qulələk, dəniz sıfı, Eldar şamı və s., palıd, fısdıq, göyrüş, qızılağac, yemişan, qarağat, cır gilas, əzgil və s. bitkilər mövcuddur. Qızılağac Milli parkda Qamışlıq pişiyi, flaminqo, ağqaş qaz, adi göydimdik, mərməri ördək, adi bəzgək, və s. , 4 növ az yayılan və 3 növ Qafqaz endemik bitkisi (yalnız Qafqaz regionunda rast gəlinən) – hibrid qovağı, sapvari bağayarpağı, Qrossgeym topgülü və bir növ Azərbaycan endemiki – buruncuqlu turp qeydə alınmışdır.

Zəngin təbiətdən başqa ölkəmizin bölgələrinin çox qədim etnomədəniyyəti var, qorunan və yaşadılan qədim tarixi abidələri, adət və ənənələri, incəsənəti, el adətləri və xalq sənətləri də var. Azərbaycanın möcüzəli təbiəti və mədəniyyəti müxtəlif ölkələrdən olan turistləri cəlb və heyran edir. Onlara Abşeronda Qız Qalasını, Xəzərin sahillərini və Milli Parkını, H.Əliyev Mərkəzini, Qalanı, Qobustanı, Yanar dağı, Atəşgahı, Gəncədə Nizami Gəncəvi Kompleksini, Göy Gölü, Şüşədən tikilmiş evi, Şahdağ bölgəsində Qusar rayonunun Həzrə kəndində Şeyx Cüneyd türbəsini, Ləzə Şəlaləsini və ətraf dağ təbiətin zəngin biomüxtəlifliyini,  Dağ turizm kompleksini, Şair Lermontovun ev muzeyini, Qubada Fətəli xanın və digər sərkərdələrin həyatını öyrənmək, hal hazırda istirahət yerləri olan Tənqə altını , öz qədimliyi və unikallığı ilə fərqlənən Xınalıq kəndini, Xaçmazda palıd meşələri ilə zəngin Nabran dəniz istirahət zonasını, Şəki  və İsmayıllı zonalarında Şəki Xan sarayını, Kərvan sarayı, qədim Lahıc kəndini, Zaqatala Dövlət qoruğunu, Qaxda  qədim Alban kisəsini, Balakəndə dağ təbiətini seyr etmək çox maraqlıdır. Əminik ki, xarici və yerli turistlərə hal hazırda erməni işğalı altında olan görkəmli bəstəkar Üzeyir Hacıbəyovun vətəni olan Qarabağda da turizm maraqlı olardı. Daxili və xarici turistlər Qarabağın Şuşa kimi qədim şəhəri yenidən görmək, Üzeyir Hacıbəyevin ev muzeyi ilə tanış olmaq, Ağdamda olan Çörək muzeyini seyr etmək, Qarabağın təbiətini, Damcı bulağı, Cıdır düzünü, Xarı bülbül kimi gülü tezliklə görmək arzusundadırlar. Hər bölgəmizin öz yerli koloriti var. Ekoloji marşrutlar və etnomədəni turlar, tətbiqi incəsənət növləri, milli mətbəxtimiz — plov, düşbərə, dolma, kutab, kəbablar, müxtəlif milli etnosların yeməkləri — bunlar daxili və xarici turizmin inkişafına təkan verir.

Bu sahədə də ölkədə işlər gedir, turizm infrastrukturaları inkişaf etdirilir, ekomarşrutlar işlənilir. Qeyd edək ki, bu sahədə hələ çox iş görülməlidir. Böyük və kiçik turizm mərkəzlərinin və otellərin qiymətləri hələ də orta imkanlı turistlər üçün yüksək olaraq qalmaqdadır, çox az miqyasda turizm mərkəzləri var ki, onların servis xidmətləri beynəlxalq səviyyəyə uyğun olsun, onların ekoloji turizm və yaxud kənd turizmi sahəsində peşəkar bələdçiləri olsun.

Bu növ turizmi də bəyənənlər, şəhərdən uzaq, təbiyətə yaxın bir yerdə dincəlmək və kənd həyatı ilə yaxından tanış olmaq istəyənlərin də sayı az deyil. Texnoloji dövrdə yaşayan həm yaşlılar, həmçinin uşaqlar kənd həyatında xüsusi maraqlı cəhətlər tapırlar, canlı təbiətlə ünsiyyətdə olurlar. Bu turizm hər səfər edənlərə, həm də kənd sakinlərinə davamlı xeyir verə bilər. Bunun üçün kənd turizmi sahəsində peşəkar qidlərə böyük ehtiyac var.

Kənd turizmi və onun inkişafı

Kənd turizmi — kənd mühitində yataq yerləri ilə təmin etməyə istiqamətləndirilmiş kompleks turist xidmət fəaliyyəti nəzərdə tutulur. Həmin ərazidə yaşayan yerli əhali üçün bu fəaliyyət, ənənəvi kənd təsərrüfatı əldə olunan gəlirdən əlavə olaraq qazanılan gəlir mənbəyi kimi təqdim olunur. Bu növ turizm kənd təsərrüfatı sahəsində, onun əsas peşəsinə təsir göstərmədən, yeni iqtisadi alternativ fəaliyyət kimi özünü göstərir. Kənd turizm biznesinin fəaliyyəti nəticəsində bir sıra imkanlar yarana bilər. Bunlar hansılardı: kənd təsərrüfatı məhsullarının dəyərinin digər məhsullarla bərabərləşdirilməsi və ənənəvi kənd təsərrüfatından gələn gəlirin azalması, məhsulun müxtəlifliyi ilə nəticələnmişdir. Misal üçün əgər əvvəllər, kənd təsərrüfatı sahəsinin əkinçilik və heyvandarlıq kimi ikicə növü var idi. Lakin kənd turizmi torpaqdan və mövcud şəraitdən istifadə etməklə başqa müxtəlifliklər də yaratmışdır.

Kənd turizmi inkişaf edən bölgə həmin regionun adət-ənənəsinin, mətbəx və digər mədəni-məişət sahələrinin təbliğində də ən mühüm vasitə kimi özünü göstərir. Yerli adamlar turistin həmin regionun mədəniyyəti ilə maraqlandığını gördükdə , onlar bu sahəyə xüsusi diqqət yetirirlər və qısa vaxt ərzində bu münasibət icmaların digər üzvləri arasında da yayılır. Adət və ənənələrə turistlər tərəfindən marağın artması, yerli adamları bu sahədə daha çox məlumat toplamağa və turistlərin tələbinə uyğun biliklərini artırmağa sövq edir.

Belə kənd turizmi inkişaf edən bölgələr arasında Qubanı, Qusarı, Xaçmazı, İsmayıllını, Şamaxını, Zaqatalanı, Massallını, Leriki, Lənkəranı və digər bölgələri göstərmək olar. Qeyd edilmiş bölgələrdə turistlər yerli əhalinin evlərində qalırlar, onların ailə üzvlərinin hazırladığı milli xörəklərdən qidalanırlar, onların bələdçi köməyi ilə bölgələrdə təbiətlə və etnomədəniyyətlə tanış olurlar, həyətlərindəki meyvə və tərəvəz məhsullarını, xalq yaradıcılıq nümunələrini almağı və öz ölkələrinə dönərkən özləri ilə yadigar aparmağı sevirlər. Buda yerli əhalinin yoxsulluq səviyyəsinin azaldılmasına, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına müsbət təsir edir.

Ekoloji Tarazliq İctimai Birliyi – KeTury (Finlandiya) ictimai təşkilatı ilə birqə Finlandiya Xarici Işlər Nazirliyinin maliyyə vasitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 2017 — ci ildən — “Turizmin inkişafı və Azərbaycan kəndlərində yerli sənətkarlığa dəstək” layihəsini icra edir. Layihə çərçivəsində ölkəmizin Lənkəran- Astara, Qəbələ-Şəki, Quba regionlarında Ekoloji Tarazlıq ictimai birliyi  Ketury (Finlandiya) ictimai birliyi ilə birgə,  Azərbaycan Turizm və Menecement Universiteti əməkdaşlıq vasitəsi ilə — kənd turizmi bələdçilik kurslarını, turizm sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi və biznes təlimləri, Finlyandiya və Azərbaijan Turizm və Menecment Universiteti arasinda tələbə və müəllim heyyətinin mübadiləsi və kənd turizmi marketinq strateqiyasının dəstəklənməsi fəaliyyətlərini həyata keçirtmişdir.

Kəndlərdə ekoloji maarifləndirmə işləri zəif aparıldığından bəzi bölgələrin kənd əhalisi ətraf mühitin qorunmasina o qədər də əhəmiyyət vermirlər. Kənd turizmi biznesində isə müştəri təbiət mənzərələrinə xüsusi yer və vaxt ayıraraq, ətraf mühitin qaygısına qalırlar. Bütün bunlara diqqət yetirərək bu sahədə kənd əhalisi də təbiətə əvvəlki münasibətlərini dəyişirlər. İstehsalçı öz ənənəvi fəaliyyətindən fərqli olaraq, yeni məqsədlərə nail olmaq üçün istifadə etməyə əlverişli ərazilər və mənzərəli yerlər tapmaq məcburiyyətində qalir. O kənd təsərrüfatı məhsullari yetişdirməkdən və iri buynuzlu mal-qara saxlamaqdan əlavə, turizm fəaliyyəti haqqında düşünməyə başlayır. Bu baximdan təklif olunan ekoturizm fəaliyyəti meşə siyasətinin bir növ təbliği deməkdir.

Öz evinə və yaxud ailə təsərrüfatına turist gətirən kəndli ətraf mühitə, ağaclara, heyvanlara, biomüxtəlifliyə, təmizliyə və əmək mühafizəsi işlərinə də daha çox diqqət yetirəcək.

Bu növ turizmin inkişafi nəticəsində kənd ərazilərində yaşayan əhalinin statusu gücləndirilir. Demək olar ki, kənd mühitində turizm aspektinin ən vacib tərəfi mədəni əlaqələrin perspektivliyindən, yerli əhalinin maliyyə və iqtisadi səviyyəsindən asilidir bu baximdan yerli əhalinin tarixi, həyat tərzi illər boyu yaratdıqları ailə ənənələri turistlərdə büyuk maraq doğurur.

Qeyd etmək lazımdır ki, kənd turizmin inkişafı ailələrdə məlumata, təlimlərə və yeni bacarıqlara istəklərini artıracaq. Çünki, kəndə evinə gəlmiş turist üçün kənd, bölgə və onun ekoloji və etnomədəni marşrutları, kəndin adət və ənələri, davranış qaydaları haqqında məlumat vərəqəsi hazırlamaq lazım olacaq, müxtəlif dillərdə baza səviyyəsində biliklər tələb olunacaq, xarici turistlə ünsiyyət bacarıqları, otelçilik bilikləri, kiçik sahibkarlıq sahəsində bilikləri, internetdən və kserokopiyadan istifadə, təşviqat, maliyyə və vergi sahəsində biliklər tələb olunacaq.

Kənd turizminin inkişafı yerli inkişafın dəstəklənməsi deməkdir. Kənd muhitində bu cür təşəbbüslər həm biznesin, həmçinin infrastrukturaların, nəqliyyatın, səhiyyə xidmətinin, kommunikasiyanın, yolların bərpası və düzəldilməsi işlərinin görülməsinə müsbət təsir göstərir.

Hal hazırda, kənd turizmi sahəsində peşəkar təlimçilərə və qidlərə böyük ehtiyac duyulur. Bu qidlər həm təbiəti, kənd təsərrüfatını (meyvələrin becərilmə və istehsal üsullarını, arıçılıq, maldarlıq), etnomədəniyyəti və turizm idarəetməsini yaxşı bilməlidirlər, bu sahədə xarici ölkələrin təcrübələrindən bəhrələnməlidirlər. Buna görədə bu sahədə həyata keçirilən Layihənin uğurlu olacağına inanıram.

Ən əsası isə odur ki, kənd turizmi ilə məşğul olmaq istəyənlər öz doğma vətənini, kənd həyatını, sadə kəndliləri və onların təmsil etdikləri qədim mədəniyyətlərə hörmətlə yanaşmalı, işlərini sevməlidirlər!