Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, məktəb-ailə münasibətlərinin təkmilləşdirilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması məqsədilə #MənimləDanış sosial kampaniyasına bütün maraqlı tərəfləri qoşulmağa çağırır!

Təhsil Nazirliyi valideynlərin, məktəb rəhbərlərinin, həmçinin geniş ictimaiyyətin diqqətinin ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, məktəb-ailə münasibətlərinin təkmilləşdirilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması məsələyə cəlb edilməsi məqsədilə #MənimləDanış sosial kampaniyasına start verir. Bununla bağlı hazırlanmış maarifləndirici sosial çarx təqdim edilir.

Təhsil nazirinin 13 may 2019-cu il tarixli əmri ilə “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı” təsdiq edilib. Təhsil Nazirliyinin mətbuat xidmətində xəbər verildiyi kimi, bu Ümumi Planda ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, məktəb-ailə münasibətlərinin təkmilləşdirilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması istiqamətində bir sıra tapşırıqlar nəzərdə tutulur.

Eyni zamanda bu kimi hallarla bağlı nazirliyə məlumatların operativ olaraq verilməsi, həmin məlumatların qısa zamanda araşdırılması və təhlillər əsasında qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə cari ilin may ayından 146-2 xüsusi (fövqəladə) hallar üçün yeni “Qaynar xətt”  xidməti fəaliyyətə başlayıb. Bununla bağlı ölkənin bütün ümumi təhsil müəssisələrində məlumatlandırma xarakterli elan lövhələri yerləşdirilib.

Təhsil Nazirliyi valideynlərin, məktəb rəhbərlərinin, həmçinin geniş ictimaiyyətin diqqətinin bu məsələyə cəlb edilməsi məqsədilə #MənimləDanış sosial kampaniyasına start verir. Bununla bağlı hazırlanmış maarifləndirici sosial çarx təqdim edilir.

Beynəlxalq layihələr və kommunikasiya üzrə ekspert Elçin Sərdarovun fikrincə, Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən #MənimləDanış sosial kampaniyasının uğurla nəticələnməsi üçün həm məktəblər, həmçinin valideynlər də bu tədbirə məsuliyyətlə yanaşmalıdırlar. Uşaqlara diqqətin artırılması və məktəblərdə sağlam mənəvi-psixoloji mühitin yaradılması, uşaqlara qarşı hər hansı bir zorakılıq hallarından qorunması üçün məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər maarifləndirilməlidirlər. «Hazırlanmış sosial çarx çox təsirlidir, əminəm ki, bunu baxan şagird, müəllim və valideyn bir birinə daha diqqətli və həssas olacaqlar, fərqli insanlara daha mərhəmətli olacaqlar.  Bu çarxla bağlı siniflərdə müzakirələrin də təşkil edilməsi faydalı olardı» — o qeyd etdi.

GreenPen.az